Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:11 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" | 14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar | 13:53 "Sabah"ın "Vikinq"ə qarşı oyunu hansı kanalda yayımlanacaq? | 13:46 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar | 13:29 Paytaxtda yağış və tullantı suları problemi həllini tapır | 13:23 İctimai nəqliyyatda güzəştlər genişləndirilə bilərmi? – Deputatdan AÇIQLAMA | 13:13 Deputatların partiyalarına 6 milyon vəsait ayrılacaq | 13:12 Tibbi turizmin vəziyyəti araşdırılacaq | 13:10 Azərbaycan neftin fiskal qiymətini 20 dollar azalda bilər | 13:07 Qadınlar kişilərə pul kisəsi kimi baxmamalıdırlar – Psixoloq | 13:00 Bakıda 74 yaşlı qadının əməlləri: Torpağı qanunsuz zəbt etdi, müşahidə kamerasını sındırıb evi yardı | 12:59 Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi | 12:55 Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir | 12:54 Məşhur reper Timati Ukraynanın qara siyahısında | 12:18 Bakıda ticarət mərkəzinin qarşısında qəza: 80 yaşlı kişi öldü | 12:11 İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü | 12:11 Azərbaycan nefti ucuzlaşıb | 12:09 Astarada evdə dava: Gəlin qayınanasını döydü | 12:03 Bakıda nasosxanaya görə yol bağlanacaq - Foto | 12:00 UEFA Çempionlar Liqası: Bu gecə "Fənərbağça" və "Sabah" meydana çıxır |
Mojo.az Avto
Mojo.az Avto

Şəhid anası: "Oğlumun şəhidlik zirvəsinə ucalmasına görə fəxr edirəm"

02.02.2019 18:12 1 544
Şəhid anası:
Vətən uğrunda döyüşmək, ölkəmizin ərazi bütövlüyü uğrunda son damla qana qədər vuruşmaq hər bir azərbaycanlının borcudur. Vətənimiz tarixboyu igidlər, ər oğullar yetişdirib. Bu torpağın hər addımı şəhid qanı ilə yoğrulub. Ana vətənin hər qarışı uğrunda müharibələrdə düşmənə qan udduran, ölümün gözünə dik baxan övladlardan biri də oğlum Muxtar Qasımovdur. O, 1992-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Oğul itkisi ürəyimi yandırsa da, onun torpaq uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalmasına görə fəxr edirəm.

Median.Az
bildirir ki, bu sözləri şəhidin anası Şəfiqə Qasımova AZƏRTAC-a müsahibəsində deyib. Şəhid anası bildirib ki, dövlət Vətən fədailərinin ailə üzvlərinə, vərəsələrinə daim dəstək olur, şəhidlərin xatirəsini əziz tutur. Birdəfəlik ödəmələrin verilməsinə münasibət bildirən Ş.Qasımova ölkə başçısı İlham Əliyevə öz minnətdarlığını bildirib.

Şəhid anası tezliklə işğal altındakı torpaqlarımızın erməni qəsbkarlarından azad olunacağına və şəhidlərin qisasının alınacağına inandığını bildirib.

Son xəbərlər