Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda narkotik satışında ittiham edilən jurnalistə hökm oxunub

01.02.2019 16:16 1 560
Azərbaycanda narkotik satışında ittiham edilən jurnalistə hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Natiq Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
musavat.com-a istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

N.Məmmədov son sözündə məhkəmədən ədalətli qərar çıxarmasını istəyib.

Heç bir zaman narkotikdən istifadə etmədiyini deyən N.Məmmədov bildirib ki, həbs edilənə qədər də narkotikə qarşı mübarizə aparıb:

"Mən gənclərimizi, gələcəyimizi məhv edən narkotikin istifadəçisi, satıcısı necə ola bilərəm? Özüm buna qarşı daim mübarizə aparmışam. Mən həmişə dövlətin, dövlətçiliyin yanında olmuşam. Heç vaxt ola bilməz ki, mənim dövlətinə, qanunlarımıza qarşı hansısa bir əməlim olsun. Mən məhkəmənin ədalətli qərar verəcəyinə inanıram. Çünki bu ittiham əsassızdır. Siz hakimlər ölkədə ədaləti, doğrunu ortaya çıxarırsınız".

Məhkəmə müşavirədən sonra hökmü elan edib.

Hökmə əsasən onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlama maddəsi satışı) maddəsi 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlama və istifadə etmə) maddəsinə tövsif edilib.

Hökmə əsasən, N.Məmmədov 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, ittihamda göstərilir ki, N.Məmmədov 2018-ci il aprelin 16-da Xətai rayonu, Məhəmməd Hadi küçəsində övladlarının kirayə yaşadığı binanın qarşısında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun üzərindən 5 qram heroin aşkar olunub.

N.Məmmədov uzun müddət jurnalist kimi fəaliyyət göstərdiyini, Cənub Regional Ovçular İttifaqının sədri vəzifəsində çalışdığını deyir.

Son xəbərlər