Mojo.az Banner
SON DƏQİQƏ
12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |    
Mojo.az Avto
Mojo.az Avto

"TikTok"da əxlaqsızlığın təbliğinə görə həbs olunan İlhamə Elşadqızıya hökm oxunub

24.09.2025 14:00 831
"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan İlhamə Elşadqızı barəsində olan cinayət işinin yekun məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başa çatdıqdan sonra dövlət ittihamçısı təqsirləndirilənin dörd il altı ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Təqsirləndirilən şəxsin vəkili cinayət işini əsassız adlandıraraq məhkəmədən müvəkkilinə bəraət verilməsini istəyib.

Təqsirləndirilən İlhamə Elşadqızı son sözündə ittihamları qəbul etmədiyini bildirib və məhkəmədən ona bəraət verilməsini xahiş edib.

Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs üç il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İlhamə Elşadqızıya Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.

"TikTok" əməliyyatları çərçivəsində aparıcı Azər Zahid, Emin və Rəşad Abdullayev qardaşları və digərləri saxlanılıblar. Onların barəsində həbs qərarı çıxarılıb.

İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan yarışlarda iştirakçı olub.
//oxu.azскачать dle 11.3

Son xəbərlər