Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:25 Zelenski Türkiyəyə səfər edib | 17:13 Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq | 17:04 Türkiyədə zəlzələ oldu | 17:03 “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir - Xəbərdarlıq | 16:58 Bağlanan banklara borcu olanlara xəbərdarlıq | 16:48 Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya | 16:47 Bəzi hərbçilər cərimələnəcəklər | 16:25 Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü | 14:55 Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi - Foto | 14:53 Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək | 14:50 Reyslərin sayı artırıldı: Sabahdan Bakıdan Tbilisiyə 30 faiz daha ucuz səyahət imkanı | 14:33 Məmur Şəkidə "ciyər axşamı"nda bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat (FOTO) | 14:18 Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib | 14:17 Şahdağa qar yağıb - Faktiki Hava | 14:05 Gəncədə bədbəxt hadisə: 68 yaşlı kişi öldü | 14:05 Alma bağlarında xəstəlik yayılıb: Ənənəvi Quba alması artıq tarixə qovuşacaq? | 14:01 100-dən çox şəxs borca görə saxlanıldı | 13:47 Azərbaycan nefti bahalaşdı | 13:38 Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim" | 13:31 Kəmaləddin Heydərovdan yeni təyinat - Şabranda rəis dəyişdi |
Mojo.az Avto
Mojo.az Avto

Artıq dövlət rüsumunu ən rahat yolla öyrənmək mümkün olacaq

30.01.2019 19:45 1 567
Artıq dövlət rüsumunu ən rahat yolla öyrənmək mümkün olacaq
Vətəndaşlar kadastrla bağlı xidmətlərə müraciət etməzdən öncə dövlət rüsumu və xidmət haqqının miqdarını öyrənə bilər. Bu Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlərindən biri olan "Kadastr kalkulyatoru" ilə mümkündür.

Median.az
xəbər verir ki, komitədən Trend-ə verilən məlumata görə, informativ xidmətlə vətəndaşlar, fiziki və hüquqi şəxslər onlayn qaydada dövlət rüsumu və xidmət haqqını hesablaya bilir.

Bu elektron xidmət istifadəçiyə "Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi" və "Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi" ilə bağlı tələb olunan xidmət haqqı və dövlət rüsumunu öyrənmək imkanı verir. Vətəndaşın öncədən kadastr xidmətləri ilə bağlı qanunvericiliyə uyğun olaraq ödəyəcəyi məbləğlə tanış olması prosesdə şəffaflığı artırır, şəxsi seçiminə uyğun daha düzgün qərarı verməsini təmin edir.

Xidmətdən istifadə etmək istəyən vətəndaşlar Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 40-cı elektron xidmət olan "Kadastr kalkulyatoru" bölməsinə daxil ola bilər. Sadə formada istifadəyə uyğun olan elektron xidmət sahəsindən "Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi" və ya "Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi" bölməsi seçilir. Xidmətlərdən istifadə üçün əmlakın yerləşdiyi şəhər və rayonu, torpağın sahəsi və kateqoriyası, ehtimal edilən nöqtələrin və parsellərin sayı daxil edilir. Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi ilə bağlı elektron xidmətdən istifadə üçün daşınmaz əmlakın növü, tərtib olunan plan və ya xəritənin sayı da qeyd olunur. İstifadəçi öz istəyinə uyğun xidmətin tezləşmə müddətini qeyd etməklə dövlət rüsumu və xidmət haqqı ilə bağlı dəqiq məbləği öyrənə bilər.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlərdə çevikliyə və məmnunluğa yönələn belə üstünlüklər fəaliyyətdə səmərəliliyi artırır, vətəndaşların xidmətlərdən rahatlıqla istifadəsinə şərait yaradır.

Son xəbərlər