Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Çayxanaya gedənlərə BƏD XƏBƏR! - VİDEO - FOTO

29.01.2019 19:26 2 584
Çayxanaya gedənlərə BƏD XƏBƏR! - VİDEO - FOTO
Bir çoxumuz boş vaxtlarımızda kafelərə, çayxanalara üz tuturuq. Dostlarımızla dərdləşmək üçün, çay içmək üçün. Bəs çay içdiyimiz bu stəkanlar necə yuyulur? Ümumiyyətlə bu tip obyektlərdə sanitar gigiyenik normalara necə əməl olunmalıdı?

Median.az
xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramının əməkdaşları mövzu ilə bağlı reportaj hazırlayıb.

Fəsildən asılı olmayaraq çox insanın üz tutduğu məkanların başında çayxanalar, kafelər durur. Həm paytaxtda, həm də bölgələrdə belə məkanlar demək olar ki, heç vaxt müştəri sarıdan korluq çəkmir. Amma bəzi çayxanalar təmizlik baxımından korluq çəkdikləri ilk baxışdan hiss olunur. Natəmiz stəkanlar, sınıq-sökük çayniklər, illərdir dəyişilməyən köhnə masalar. Xidmət sektorunda standartların yüksəlməsi, müştəri məmnuniyyəti və gigyenik normalar sanki bu cür məkanlara tanış deyil.

Sakin: "Çirkabdır".

Sakin: "Ucuz yerlərdə natəmizlik var. Adətən bahalı yerlər daha təmizdir".

Sakin: "Gigiyena olmalıdır. Bu önəmlidir".

Bu tip məkanlarda stəkan və nəlbəkilərin gur su altında yuyulması üçün böyük vannalar olmalıdır. İstifadə edilən stəkan və nəlbəkilər yuyucu vasitə ilə qarışdırılmış suda saxlanılmalı, ilıq su ilə yuyulduqdan sonra təkrar istifadə edilə bilər.

Elmar Göyüşov - çayçı: "Çay dəsgahını aparırıq, müştəri qalxıb gedəndən sonra gətirib yuycu vasitə ilə yuyub suya çəkib yerinə yığırıq.

Şamil Hacıyev - Kafe Administratoru: "Məsuliyyətli işdir. İşi bilə n üçün çətin deyil. Sadəcə təmizliyə diqqət etmək lazımdır".

Düzgün şəkildə yuyulmayan bu cür vasitələrdən isə insanlar saysız hesabsız virus yoluxa bilər.

Ehtibar Kərimov - Həkim: "Yuxarı tənəffüs yollarının infeksiyası, göbələk və ağızdan yoluxan hepatit A xəstəliyinə yoluxa bilərlər".

Çox zaman vətəndaşların özünün də bu cür hallara laqeyd yanaşması problemin həllinə maneə törədən amillərdəndir.

Ehtibar Kərimov - Həkim: "İnsanlar özləri də çay içdikləri çayxanalarda əgər görürlər ki, natəmizlik var çəkinməsinlər sadəcə demək lazımdır ki, bu stəkanları yuyuyn, arada xlorlayın ki, insanlar kütləvi sürətdə infeksiya yoluxmasınlar".

Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, əhalinin sağlamlığının qorunması məsələsi onların da nəzarətindədir və mütəmadi olaraq bununla bağlı monitoriqnlər keçirilir. Vətəndaşların antisanitar hallarla rastlaşdıqda agentliyin "1003" qaynar xəttinə müraciət edə bilərlər.

Son xəbərlər