Mojo.az Banner
15:02 İlon Mask "Nvidia" superkompüterlərini kosmosa göndərməyi planlaşdırır  |     15:01 Bakıda qəza - 60 yaşlı qadın öldü  |     14:37 Yeni tədris ilinin başlanması ilə bağlı BDYPİ-dən əhaliyə müraciət  |     13:54 Misli Premyer Liqası: Beşinci turun son matçı - "Şəfa" "Sabah"a qarşı  |     13:53 Saatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər  |     13:51 Bərdədə bədbəxt hadisə: İki yaşlı uşaq hovuza düşüb öldü  |     13:42 Yeni tədris ilində Bakı şəhərində təhsil alacaq şagirdlərin sayı açıqlandı  |     13:40 İranın vitse-prezidenti Avstriyaya buraxılmadı - Rəsmi Tehrandan adekvat addım (Yenilənib)  |     13:34 Kirayə ev axtaran gücün DİQQƏTİNƏ: Bu ərazilər sərfəlidir  |     13:30 Xaricdə təhsil şirkətləri ilə bağlı VACİB XƏBƏRDARLIQ  |     13:28 12 manatlıq ət təhlükəlidir? – Mütəxəssisdən AÇIQLAMA  |     22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

“Fitch” Azərbaycanla bağlı proqnozunu açıqladı

28.01.2019 14:39 3 023
“Fitch” Azərbaycanla bağlı proqnozunu açıqladı
“Fitch” agentliyi 2019-cu ildə Azərbaycanın xalis xarici aktivlərinin ÜDM-in 83,1 faizinədək artacağını proqnozlaşdırır.

Agentliyin analitiklərinin hesablamasına görə, 2020-ci ildə xalis xarici aktivlərin həcmi ÜDM-in 84,7 faizinə yüksələcək.

“Qiymətləndirmələrimizə əsasən, 2018-ci ilin yekunları üzrə Azərbaycanın xalis xarici aktivləri ÜDM-in 75,4%-ni təşkil edəcək. Eyni zamanda, davamlı xarici əmanətlər gələcəkdə də xalis xarici aktivlərin həcminin artımını dəstəkləyəcək. Proqnozlarımıza görə, 2019-cu ildə onların həcmi ÜDM-in 83,1%-nə, 2020-ci ildə - ÜDM-in 84,7%-nə çatacaq”.

Agentliyin proqnozunda bildirilir ki, 2019-cu ildə tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 8,4%-dək artacaq. “Şahdəniz-2” yatağından hasilatın artırılması karbohidrogen ixracının artımına səbəb olacaq, bu da idxalın artmasını ödəyir. Rusiya tərəfindən ASK məhsullarının ixracına yüksək tələbat, davamlı turizm sektoru və karbamid zavodunun istifadəyə verilməsi qeyri-neft məhsulları və xidmətlərin ixracına stimul verəcək”.

“Fitch” 2019-cu ildə Azərbaycanın icmal büdcənin profisitinin ÜDM-in 3,4%-i səviyyəsində olacağını proqnozlaşdırır.

“2018-ci ildə hökumət icmal büdcənin profisitini ÜDM-in 3,4% səviyyəsində qeydə alıb, bu da ARDNF-nin daha yüksək gəlirləri ilə şərtlənir. Proqnozlara görə, 2019-cu ildə icmal büdcənin saldosu ÜDM-in 3,4%-i səviyyəsində qalacaq, bu da karbohidrogen ixracından gəlirlər və xərclərin orta artımı ilə dəstəklənəcək. 2019-cu ildə Azərbaycanın ümumi dövlət borcu “BB” reytinqi üçün cari orta 48,1% göstərici ilə müqayisədə, ÜDM-in 18,4%-i səviyyəsində olacağı proqnozlaşdırılır”.

“Fitch”in qiymətləndirmələri ilə 2019-cu ildə Azərbaycanda ÜDM 3,5% artacaq.скачать dle 11.3
Mojo.az Banner