Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda neft hasilatı artacaq

23.01.2021 14:07 3 027
Azərbaycanda neft hasilatı artacaq
OPEC+ formatı çərçivəsində neft hasilatının ixtisarına dair mövcud razılaşmanın başa çatacağı 2022-ci il aprel ayından sonra Azərbaycanda hasilatın həcmi 2019-cu ildəki gündəlik 713 min barel səviyyəsinə qayıdacaq.

“Report” xəbər verir ki, bu barədə “S&P Global Ratings” Beynəlxalq Agentliyinin hesabatında bildirilir.

Ötən ilin aprel ayında OPEC+ çərçivəsində hasilatın ixtisarına dair razılaşmanın Azərbaycan tərəfindən yerinə yetirildiyinə görə 2021-ci ildə ölkədə gündəlik neft hasilatının 2020-ci il səviyyəsinə yaxın olan 610 min barel olacağı qeyd edilir.

Pandemiya üzündən dünya bazarında neftə tələbatın, habelə Azərbaycanda da əvvəlki istehsalat gücünün nə zaman bərpa olunacağının hələ də müəmmalı olduğunu qeyd edən hesabat müəllifləri neftin qiymətlərinə, habelə OPEC+ çərçivəsində hasilatın ixtisarına dair ehtimalları nəzərə alaraq 2021-ci ildə kiçik profisit yaranacağını, sonradan 2024-cü ilədək ÜDM-in 4 faizi səviyyəsinədək artacağını güman edirlər.

“Şahdəniz-2 qaz layihəsinin başlanması və qarşıdakı 3-4 il ərzində genişlənməsi də Azərbaycanın xarici göstəricilərini dəstəkləməlidir. Bununla yanaşı proqnozlarımız həmçinin daxili istehlakın artması, habelə Dağlıq Qarabağda nəzərdə tutulan bərpa işləri nəticəsində idxalatın artacağı ehtimalını da əks etdirir. Karbohidrogen ixracatının xeyli azaldığına görə Azərbaycanın cari əməliyyatlarda 2019-cu ildəki 9,1 faizlik qalıqdan sonra 2020-ci ildə 3,7 faizlik kəsir olduğunu da güman edirik. Neft amilinin səbəb olduğu böyük dəyişkənliyinə baxmayaraq yüksək xarici balans Dövlət Neft Fondunda (SOFAZ) toplanmış böyük həcmdə xarici aktivlərlə yanaşı, başlıca reytiq amili olaraq qalır. Ehtimalımıza görə 2021-ci ildə xarici likvidlik aktivləri xarici borc həcmindən cari əməliyyatlarla bağlı ödənişlərin 90 faizi qədər artıq olaraq 2024-cü ilədək sabit qalacaq. Azərbaycan ticarət şərtlərinin dəyişkənliyinə qarşı həssas qalsa da, xalis xarici aktivlərlə bağlı güclü mövqeyi iqtisadi dalğalanmaların fəsadlarını yumşaldacaq”, – hesabatda qeyd olunur.скачать dle 11.3
Mojo.az Banner