Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

"Fitch": "Azərbaycanın xarici kreditor kimi mövqeyi güclənir"

18.01.2025 13:16 1 434
Azərbaycanın xarici kreditor kimi xalis mövqeyi 2024-cü ildə ÜDM-in 153%-nə çataraq "BBB" kateqoriyasında suveren emitentlər arasında ən yaxşı göstərici olub.

Median.Az
"Report"a istinadən xəbər verir ki, bu, "Fitch Ratings"in Azərbaycanın kredit reytinqinin təsdiqlənməsi barədə hesabatında əksini tapıb.

Hesabata əsasən, 2024-cü ildə Azərbaycanın cari hesab profisiti iki dəfə azalaraq ÜDM-in 6,5%-nə düşsə də, bu, yenə də "BB" kateqoriyalı ölkələr arasında ən yüksək göstəricidir. "Fitch" qeyd edir ki, neft qiymətlərinin azalmasına baxmayaraq, ölkə 2025-26-cı illərdə ÜDM-in 6,2%-i səviyyəsində nisbətən yüksək cari hesab profisitini qoruyacaq. Bu, neft və qaz gəlirlərinin ümumi ixracın 89%-ni təşkil etməsinə baxmayaraq, valyuta aktivlərinin mülayim səviyyədə yığılmasını dəstəkləyəcək.

"Fitch"in qiymətləndirməsinə görə, Azərbaycanın konsolidə edilmiş büdcə profisiti 2024-cü ildə əhəmiyyətli dərəcədə azalaraq ÜDM-in 1%-nə düşəcək (2023-cü ildə bu rəqəm ÜDM-in 7,8%-i idi). Bu azalma, əsasən, xərclərin kəskin artması ilə bağlıdır və qismən qeyri-neft gəlirlərinin artması, eləcə də Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərindən gələn gəlirlər hesabına kompensasiya olunur.

Agentlik qeyd edir ki, 2025-26-cı illərdə konsolidə edilmiş büdcə profisitinin sabit qalacağı gözlənilir.

"Neftin qiymətlərinin düşməsinə baxmayaraq, qeyri-neft gəlirlərinin artması, o cümlədən pandemiya dövründə tətbiq edilən vergi güzəştlərinin ləğvi büdcənin dayanıqlığını təmin edəcək. Qarabağla bağlı xərclərin azalacağı ehtimal olunsa da, sosial ödənişlər və müdafiə xərcləri büdcəyə təzyiqi davam etdirəcək ki, bu da dövlət xərclərinin əhəmiyyətli azalmasına mane olacaq", - hesabatda deyilir.скачать dle 11.3

Son xəbərlər