Mojo.az Banner
18:21 Bakıda piyada keçidindəki eskalatorlar işləmir - VİDEO  |     18:21 Bu şəxslərin satınalmaları ilə bağlı yeni qayda tətbiq ediləcək  |     18:13 Şəhidin həyat yoldaşı vəfat etdi  |     18:08 Şəxsiyyət vəsiqəsində ananın adı niyə yoxdur? - VİDEO  |     18:05 Paytaxtın hazırda bəzi küçələrində sıxlıq var - SİYAHI  |     17:35 Qayınata gəlininin qətlində təqsirləndirilir  |     17:35 Paşinyan Bakı ilə razılaşma barədə danışdı: Vəziyyətin yaxşılaşacağını gördük  |     17:27 Azərbaycanda zəlzələ oldu - FOTO  |     16:15 Universitetdən xaric olundu, hərbi xidmətə çağırılacaq? – RƏSMİ CAVAB  |     16:00 Uşağı döymək olmaz, bəs valideyn nə etsin?  |     15:29 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı - 24 yaşlı qadın tamah məqsədilə öldürülüb  |     15:19 Gürcüstan İranla hava əlaqəsini dayandırdı  |     15:06 Deputat xəstəxanalardakı vətəndaşları narazı salan növbələrdən danışdı: "Ciddi fikir veriləcək"  |     14:25 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq  |     14:22 Ramik Hacıyev millimizdən imtina etdi: Görün hansı ölkəni təmsil edəcək  |     14:17 SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu  |     14:11 İlginc qərar: Məhkəmə anası ilə sərt davranan övladı mirasdan məhrum etdi  |     13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |    
Mojo.az Avto
Mojo.az Avto

FHN-dən ixtisar xəbərləri ilə bağlı rəsmi açıqlama

26.01.2019 20:49 2 388
FHN-dən ixtisar xəbərləri ilə bağlı rəsmi açıqlama
Fövqəladə Hallar Nazirliyi geniş ixtisarların aparılması ilə bağlı KİV-də yayılan məlumatlar haqda açıqlama verib.

Median.az
xəbər verir ki, nazirliyin mətbuat xidmətinin məlumatında deyilir:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin olunması məqsədilə imzaladığı fərman və sərəncamlara, verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyində struktur islahatları davam etdirilir.

Təəssüf hissi ilə bildiririk ki, bəzi KİV-də bu struktur islahatları fonunda Fövqəladə Hallar Nazirliyində geniş ixtisarların aparılması kimi həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. Qeyd edək ki, həyata keçirilən struktur islahatları zamanı hər hansı kütləvi ixtisarlar aparılmır və belə ixtisarların aparılması nəzərdə tutulmamışdır.

Bir daha KİV nümayəndələrini diqqətli olmağa və həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq”.скачать dle 11.3
Mojo.az Banner