Təhsil Nazirliyində fövqəladə hallar üçün “Qaynar xətt” yaradıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:09 Universitetlər subbakalavrları niyə istəmir?  |     22:04 Azərbaycan ərazisində radioloji vəziyyət necədir?  |     21:58 Xalq artisti Türkiyədəki villasını niyə satıb?  |     21:51 "Dırnaq ustalarının tibbdən anlayışı yoxdur" - Professor  |     21:46 Gediş haqqı məsafəyə görə ödəniləcək?  |     21:39 43 yaşında 9-cu sinif məzunu oldu - Şəhlanın uğur hekayəsi  |     21:33 6 ay ömür qoydular, 25 ildir xərçənglə yaşayır - Bu necə mümkün olub?  |     21:28 ABŞ-də Müdafiə Nazirliyi yaradıldı  |     21:20 Zaqatala sakini Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU (FOTO)  |     21:14 Əfqanıstanda zəlzələdə sağ qalanların axtarışları başa çatıb  |     20:50 Problemləri bitməyən 4 hibrid avtomobil - Ekspertlər açıqladı  |     20:45 Tiktokda "Xakker Tamerlan" adı ilə tanınan yayımçı həbs edilib  |     20:37 Səbail rayonunda dənizdə meyit aşkarlanıb  |     20:30 "Formula 1" üzrə İtaliya Qran-prisində təsnifat mərhələsinin qalibi müəyyənləşib  |     20:22 Beyləqanda kafedə atışma olub, iki nəfər xəsarət alıb  |     20:15 Ağcabədidə iki avtomobil toqquşdu: Xəsarət alanlar var  |     20:07 Onkoloji xəstəliklərlə mübarizədə yeni era: Xərçəng əleyhinə peyvənd istifadəyə hazırdır  |     20:00 ZiL magistral yolda antisanitar vəziyyət yaradıb  |     19:43 Bitkoin 2 %-ə yaxın ucuzlaşıb  |     19:38 Havay adalarında qasırğa səbəbindən fövqəladə vəziyyət elan edilib  |    

Təhsil Nazirliyində fövqəladə hallar üçün “Qaynar xətt” yaradıldı

Təhsil Nazirliyində təhsil müəssisələrində baş vermə təhlükəsi olan və ya baş vermiş fövqəladə hallarla bağlı “Qaynar xətt” (146-2) istifadəyə verilib.

Bu barədə Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “Qaynar xətt”in məqsədi baş vermə təhlükəsi olan və ya baş vermiş fövqəladə hallarla bağlı məlumatların vətəndaşlar tərəfindən birbaşa nazirliyə verilməsidir. Bu cür məlumatlar nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən operativ araşdırılaraq müvafiq qərar qəbul ediləcək, həmçinin, belə halların qarşısının alınması məqsədilə lazımi tədbirlər görüləcək.

146-2 “Qaynar xətt”inə daxil olan məlumatlar nazirlikdə bu məqsədlə təhkim olunmuş əməkdaşlara yönləndiriləcək, nazirliyin və ya yerli təhsil idarəetmə orqanının aidiyyəti məsul şəxsləri tərəfindən dərhal nəzarətə götürüləcək. Fövqəladə hallarla bağlı daxil olmuş məlumatlar təhlil edilərək mütəmadi olaraq ümumiləşdiriləcək və aidiyyəti təkliflərlə birlikdə nazirliyin rəhbərliyinə təqdim ediləcək.

146-2 “Qaynar xətt”in fəaliyyəti ilə bağlı məlumat lövhələri yeni tədris ilindən başlayaraq bütün təhsil müəssisələrində yerləşdiriləcək.

Qeyd edilir ki, fövqəladə hallara təhsil müəssisəsi və onun ərazisində baş vermə təhlükəsi olan və ya baş vermiş yanğın, zəhərlənmə, təhsilalanların, təhsil işçilərinin xəsarət almasına səbəb olan bədbəxt hadisələr, təhsilalanlara və ya müəssisə işçilərinə qarşı fiziki və ya psixi zorakılıq halları, təhsil müəssisəsinin normal fəaliyyətinin ciddi pozulmasına səbəb ola bilən digər hallar aiddir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 722 08.05.19 12:04