Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bu yol pullu olacaq - Müqavilə imzalandı

26.01.2019 20:02 2 085
Azərbaycanda bu yol pullu olacaq - Müqavilə imzalandı
Azərbaycanın ilk ödənişli yolu olacaq Ələt-Astara yolunda quraşdırılacaq turniketlərin sifarişi üçün müqavilə imzalanıb. Proses böyük ehtimalla bu ilin sonuna qədər yekunlaşacaq.

Bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Azərbaycanda ilk dəfə ödənişli olacaq yolda aparılan son işlər barədə danışarkən bildirib.

A.Nəcəfli əlavə edib ki, böyük ehtimalla yolda hərəkətin ödənişli əsaslarla həyata keçirilməsi ilin sonuna çəkəcək:

“Hələ ki, hazırlıq işləri görülür. Hələ turniketkərin sifariş verilməsi üçün müqavilə imzalanıb. Maliyyə ayrılan kimi sifariş veriləcək. Hazırda ərazidə nəzarət məntəqələrinin olduğu yerin genişləndirilməsinə başlanılıb.

Yəqin ki, proses ilin sonuna kimi çəkəcək. Yolun ödənişli əsaslarla istifadəsi də çox güman ki, ilin sonunda reallaşacaq. Hələlik dəqiq bir söz demək mümkün deyil”.

A.Nəcəfli sözügedən yolda aparılan işlər barədə də danışıb. O bildirib ki, hazırda sərnişinlərin rahatlığı üçün yolda müəyyən işlər görülür:

“Vətəndaşlar üçün istirahət yerləri hazırlanır. Ərazilər ayrılıb. Həmin istirahət yerlərində sərnişinlərin, vətəndaşların rahatlığı üçün hər bir imkan yaradılacaq. Təkcə sərnişin və sürücülər üçün deyil, avtomobil və avtobuslar üçün də yanacaqdoldurma, təmir məntəqələri nəzərdə tutulub və işlər gedir”.

Qeyd edək ki, Bakı-Ələt-Astara-İran Respublikası yolu ötən il istifadəyə verilib.//Axar.az

Son xəbərlər