Mojo.az Banner
22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |     20:51 Azərbaycan cüdoçularının "Böyük Dəbilqə"də ilk rəqibləri bəlli oldu  |     20:46 20 yaşlı Arzunun dəhşətli qətli: Prokurorluq azərbaycanlı üçün ömürlük həbs istəyir  |     20:40 "Sabah"ın U-19 komandası "Mançester Yunayted"ə böyük hesabla uduzdu  |     20:35 Günəşlə bağlı MÜHÜM XƏBƏR: 2029-cu ilədək...  |    
Left Banner
Right Banner

Xəzəri çirkləndirənlərə qarşı martda sərt tədbirlər görüləcək - Xəbərdarlıq

25.01.2019 19:41 1 753
Xəzəri çirkləndirənlərə qarşı martda sərt tədbirlər görüləcək - Xəbərdarlıq
Xəzərin çirkləndirilməsinə səbəb olan tullantılara görə sahil zolağında yerləşən obyekt, müəssisə və təşkilatlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən xəbərdarlığın müddəti yazın ilk ayında başa çatır. Xəbərdarlığa əməl etməyənlərə qarşı nazirlik tərəfindən sərt inzibati və hüquqi tədbirlər görüləcək.

Median.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xəzər Kompleks Ekoloji Monitorinq idarəsinin direktoru Ərəstun Həsənov bildirib.

Onun sözlərinə görə, müəssisə sahiblərinə müasir təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlıqlar edilib, bildiriş məktubları göndərilib, icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib: “Qarşıdan yaz-yay mövsümünün gəldiyini nəzərə alaraq ötən illərdə olduğu kimi bu il də ekoloji gərgin vəziyyətin yaranmaması üçün Nazirlik hüquqi və fiziki şəxslərə bir daha xəbərdarlıq edir ki, qısa müddət ərzində müasir təmizləyici qurğular quraşdırsınlar. Əks halda qanunamüvafiq qaydada sərt tədbirlər görüləcək”.

Ə.Həsənov həmçinin dənizin çirkləndirilməsinin qarşısının alınması üçün görüləcək tədbirlər barədə də məlumat verib: “Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması, dənizi çirkləndirən mənbələrin müəyyənləşdirilməsi məqsədilə şimaldan cənubadək sahil zolağı boyunca monitorinq və araşdırmalar aparılır. Monitorinqlər zamanı Xəzər dənizinin sahil zolağında yerləşən müəssisə, təsərrüfat və yaşayış məntəqələrindən dənizə tökülən yüzlərlə axar qeydə alınıb və əksər obyektlərdə təmizləyici qurğular olmadığından tullantı sularının primitiv üsullarla şambolara yığılaraq, heç bir təmizlənmə aparılmadan birbaşa Xəzərə axıdıldığı məlum olub.

Dəniz öz təmizliyini bərpa etmək funksiyasına malik olsa da, onun davamlı çirkləndirilməsi təbii yollarla bərpa olunmasına imkan vermir. Bu da dənizin ekosisteminin tədricən məhvinə səbəb olur”.

Qurum rəsmisi bildirib ki, bütün dünyada su hözələrinin tullantı sularla çirklənməsi məsələlərinə həssaslıqla yanaşılır, bu sahədə qanunvericiliyin tələbləri nəzarətdə saxlanılır: “Xəzər dənizinin qorunması ilə bağlı regional və beynəlxalq səviyyədə üzərimizə götürdüyümüz öhdəliklər, tərəfdaş olduğumuz beynəlxalq konvensiyaların müddəaları da bu sahəni daim diqqət mərkəzində saxlamağı bizdən tələb edir”.

Ə. Həsənov “Məcburi göstərişləri yerinə yetirənlər varmı?” sualına cavabında qeyd edib: “Bəli, az da olsa belə müəssisələr var. Verilən tövsiyələri və məcburi göstərişləri yerinə yetirənlərə misal olaraq “Siyəzən Broyler” ASC, Neftçalada “Azər-Yod” MMC-ni və.s göstərə bilərik. Bu müəssisələrdə artıq təmizləyici qurğuların quraşdırılması istiqamətində işlər aparılır. Onu da deyim ki, məcburi göstəriş pozuntuları aradan qaldırmaq üçün, işin həcmindən asılı olaraq 2 ayadək verilən vaxtdır. Məcburi göstəriş yerinə yetirilməyəndə isə artıq inzibati tədbirlər görülür. Məqsədimiz kimisə cərimə etmək deyil, tullantıların atılmasını aradan qaldırmaqdır”.
скачать dle 11.3
Mojo.az Banner