Mojo.az Banner
20:02 Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü  |     19:57 Bakıda tuneldə xaotik vəziyyət: Aparılan yeni xətlənmə yolda sıxlığa və çaşqınığa səbəb olur (Video)  |     19:49 Bakıda modelin döşəyin altında gizlətdiyi pullar oğurlandı  |     19:43 "Bir qəpiyə yumurta sabah olacaq" (Video)  |     19:38 Saatlıda 16 yaşlı qız zəhərlənib öldü  |     19:32 Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - RƏSMİ  |     19:27 İt və ya pişiklə bir yerdə yatanlar DİQQƏTLİ OLUN  |     19:19 Boşanmaq çarə olmadı: Keçmiş həyat yoldaşı ilə evlənənlərin sayı açıqlandı  |     19:13 “Bütün xalqımızdan üzr istəyirik” - Arda Gülər  |     19:05 Göygöldə mikroavtobus aşdı: xəsarət alanlar var  |     19:00 Təhsildən kütləvi ayrılma: 13 min tələbə niyə oxumaqdan imtina etdi?  |     18:52 Ötən il neçə saxta diplom aşkarlanıb?  |     18:47 Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq?  |     18:39 Səhər yeməyində yumurtanı necə əvəz etmək olar? - Proteinlə zəngin 7 variant  |     18:35 Sabah 9-cu siniflər üçün bir sıra imtahanlar keçiriləcək  |     18:30 Bazar gününün - Havası  |     18:25 Bu görüntüləri gündəm oldu - Video  |     18:20 Gəncədə 20 yaşlı qız dərmandan zəhərləndi  |     18:13 Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın böyüyüb  |     18:05 Yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - Video  |    
Left Banner
Right Banner

İcra başçısı ölən süpürgəçinin qızları üçün ev tikdirdi - VİDEO,FOTO

24.01.2019 13:40 2 351
İcra başçısı ölən süpürgəçinin qızları üçün ev tikdirdi - VİDEO,FOTO
Sabunçu rayonunun icra başçısı Adil Vəliyev ötən ilin martın 27-də yol süpürən zaman yük maşını tərəfindən vurularaq həlak olan Cəmilə Salahovanın azyaşlı qızları üçün ev tikdirib.

Median.Az musavat.com-a istinadən xəbər verir ki,  anası sağ olarkən illərlə kirayələrdə yaşayan Zümrüd və Lalənin artıq yeni, təmirli, işıqlı evi var.

Qızlar bu evdə ana əvəzi kimi gördükləri xalaları Tünzalə Salahovanın himayəsində yaşayırlar. İndi evləri daha genişdir, dərslərini rahatlıqla hazırlaya bilirlər.



Söhbət əsnasında bəlli oldu ki, hazırda bu ailə rayon icra hakimiyyətinin diqqətindədir, evlə bağlı yaranan hər hansı problemdə, yarımçıq qalan işlərin davam etdirilməsində onlara diqqət və qayğı ilə yanaşılır. Tam təmirli, mbel və əşyalarla təmin olunmuş ev iki otaq, bir mətbəx və geniş dəhlizdən ibarətdir. Həmçinin geniş həyətyanı sahəsi də var.



Tünzalə Salahova azyaşlı qızların mənzillə təmin olunmasına görə bir daha mətbuat vasitəsilə millət vəkili Qənirə Paşayevaya və Sabunçu rayon icra başçısı Adil Vəliyevə təşəkkürünü çatdırdı: “Belə bir gözəl şəraitli ev tikib bizə verdikləri üçün onlara çox minnətdaram. Adil müəllim, bu müddət ərzində bizim problemlərimizlə maraqlanıb, evin tikilib başa çatdırılması üçün göstəriş verib. Bu bizim üçün böyük bir hədiyyədir. Həyatımız boyu özümüz işləyib belə bir ev tikə bilməzdik, 1 otaqlı kirayə daxmaya isə ödəməyə pulumuz belə yox idi. İndi tək dərdim bu uşaqların dolanışığıdır. Dövlətdən qızların hərəsinə 65 manat müavinət verilir. Bir də özüm süpürgəçilik edib qazanıram, birtəhər dolanırıq”.



İndi Tünzalə xanımı narahat edən əsas uşaqların himayəsi ilə iş məsələsinin bir-birilə uzlaşmamasıdır: “Qızları hər gün oxuduqları 148 nömrəli məktəbə aparıram, dərsləri ayrı- ayrı vaxtlarda bitdiyi üçün iki dəfə onları gətirmək üçün eyni yolu gedirəm. Piyada təxminən 20-25 dəqiqəlik yoldur. Avtobusa verməyə pulumuz olmadığından hər gün piyada gedirik. Elə yaşdadırlar ki, evdə onlara nəzarətsiz qoyub işə gedə bilmirəm. Mən də süpürgəçiyəm, yol süpürürəm, səhər tezdən işdə olmalıyam. Rəhbərlik isə uzun müddətdir ki, güzəşt edir, ancaq artıq seçim etməliyəm. Ya işdən çıxıb uşaqlara baxmalı, ya da onları nəzarətsiz qoyub işə çıxmalıyam. Evdə otursam bir tikə çörəyə də həsrət qalacam, heç bir əlavə gəlirimiz yoxdur. Qızları isə bu yaşda yola tək buraxa bilmərəm, məktəbə getdikləri yolda nəqliyyat sürətlə hərəkət edir, çox təhlükəlidir. Qorxuram ki, bir gün anaları kimi onları da maşın vura bilər. 56 yaşım var, pensiya yaşıma da hələ 9 il qalıb. Mərhum bacımın aylıq maaşı bu uşaqlara təyin olunsa, mən də oturub onların qayğıları ilə məşğul ola bilərdim”.



Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov məsələ ilə bağlı açıqlamasında bildirdi ki, mərhum Cəmilə Salahovanın aylıq əmək haqqı yetkinlik yaşına çatana qədər hər ay azyaşlı qızlarına ödənilməlidir: “Əgər valideyn əmək müqaviləsi ilə işləyirsə, bədbəxt hadisələrdən icbari sığorta olunubsa, həmin sığorta şirkəti uşaqlar yetkinlik yaşına çatana qədər, əgər ali təhsil alarlarsa, həmin dövrdə də mərhumun aylıq maaşının 100 faizi həcmində hər ay sığorta pulu ödənilməlidir. Əgər sığorta olunmayıbsa, o zaman bu pulu işəgötürən ödəməlidir. Yox əgər əmək müqaviləsi də yoxdursa, o zaman məhkəməyə verilə bilər və məhkəmə qaydasında işəgötürən hər ay həmin vəsaiti uşaqların hesabına köçürə bilər. Həmin qadının əmək müqaviləsi var imişsə, həmin vəsait ödənilməlidir. Əks halda məhkəmə qərarı ilə bunu bərpa etmək olar. Hətta qərarın geriyə də qüvvəsi var və almadığı müddəti də hesablanıb ödənilməlidir”.










скачать dle 11.3
Mojo.az Banner