Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Mingəçevirdə 59 yaşlı poçtalyon qadın gün ərzində 10 km. yol qət edir - VİDEO

23.01.2019 13:03 5 704
Mingəçevirdə 59 yaşlı poçtalyon qadın gün ərzində 10 km. yol qət edir - VİDEO
Mingəçevirdə 59 yaşlı poçtalyon qadın gün ərzində 10-15, 1 aya isə 250-300 km-dən çox piyada yol qət edir.

Xezerxeber.az-ın məlumatına görə, Mingəçevirdə yaşayan Zərinə Həbibova qadınların az-az maraq göstərdiyi poçtalyonluq peşəsi ilə məşğuldur.

16 ildir ki, qar-yağış, isti-soyuq demədən ona verilən ərazini gəzib, məktub paylayır. Xanım poçtalyon yaşının bu çağında hələ yorğunluq hiss etmir. O, hər səhər tezdən işlədiyi 4 saylı poçt şöbəsinin divarında yerləşdirilən qutuya yaxınlaşıb məktubları götürür. Ünvanları müəyyən etdikdən sonra isə işə başlayır. Çatdırdığı məktubların sahibləri, oxuyub sevinəndə isə sanki ona güc gəlir. Gün ərzində 50-60 məktub paylayan qadın, əsgər məktublarını valideynlərinə çatdıranda daha çox sevinir.

Zərinə Həbibova hündürmərtəbəli binalara məktub aparan zaman vətəndaşları tapmadıqda bəzi hallarda 3-4 dəfə qalxıb-düşdüyünü deyir. Yaşının bu çağında yorulmaq bilməyən qadın ayın 4 günü istirahət edir, amma bu günlərdə də hərəkətini dayandırmır.

Mingəçevirdə yaşayan sakinlər də illərdir onlara xidmət edən qadın paçtalyonun məsuliyyətli, mülayim biri olduğunu deyirlər.

Avtomobil sürmək bacarığı da olan zərif cinsin nümayəndəsi, sürətli yerişi ilə daha çox məktub paylamağın mümkün olduğunu deyir. Yorulmaq bilməyən 59 yaşlı qadın bildirir ki, onun üçün ən böyük zövq insanların sevincini bölüşməkdir.

Median.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Son xəbərlər