Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

10 yaşlı qızın Şaxta babadan istədiyi hədiyyəni “Azərpoçt” göndərdi – VİDEO

31.12.2017 11:50 4 279
10 yaşlı qızın Şaxta babadan istədiyi hədiyyəni “Azərpoçt” göndərdi – VİDEO
Bakıda azyaşlı qız Şaxta babaya məktub yazıb və hədiyyə istəyib. Məktub qaydalara uyğun olmadığından poçt əməkdaşlarının diqqətini çəkib və onu açıb oxuyublar. Uşağın istədiyi hədiyyəni də Şaxta babanın adından ona göndəriblər.

Xezerxeber.az-ın məlumatına görə, 10 yaşlı qızın Şaxta babadan istədiyi hədiyyəni “Azərpoçt” göndərib.

Paytaxtın Xətai rayonu, Köhnə Günəşli qəsəbə sakini Nigar Hüseynli dekabrın 4-də hədiyyə istəmək üçün Şaxta babaya məktub yazıb. Məktub yazmaq onun məktəbli kitabçasında gördüyü qeyddən sonra ağlına gəlib.

4-cü sinif şagirdi olan Nigar Şaxta babanın hədiyyəni göndərməsi üçün evlərinin ünvanını məktubda qeyd edib. Lakin məktub normal qaydalara uyğun yazılmadığından poçt əməkdaşlarının diqqətini çəkib.

4 gün əvvəl isə “Azərpoçt” MMC-nin poçt bağlamaları daşıyan maşını vasitəsi ilə böyük bir bağlama Nigarın məktubu qutuya atdığı 15 saylı poçt şöbəsinə göndərilib. Uşağın valideynləri də qaydalara uyğun olaraq bağlamanı almaq üçün oraya dəvət ediliblər.

Göndərilən bağlamada Nigarın istədiyi gəlinciklə yanaşı, bir neçə oyuncaq və hədiyyə qutusu da olub.

“Azərpoçt” MMC-dən bildirilib ki, uşaqlar tərəfindən yazılan bu cür məktublara tez-tez rast gəlinir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Son xəbərlər