Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |     12:27 Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı  |     12:25 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - Video  |     12:05 Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi  |     11:42 Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat  |     11:40 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

DİM yeni “video-dərs” sosial layihəsinə start verib

22.01.2019 12:36 5 188
DİM yeni “video-dərs” sosial layihəsinə start verib
Dövlət İmtahan Mərkəzi (DİM) yeni “video-dərs” sosial layihəsinə start verib.

DİM-dən verilən məlumata görə, fənlər və V-VII sinifdən başlayaraq dərsliklərdə olan mövzular səsli formada – videomaterial, illüstrasiya, fotoşəkil və müxtəlif vasitələrdən istifadə etməklə “video-dərs” formasında təqdim olunacaq.

DİM-dən qeyd olunub ki, təlim prosesinin qarşısında duran ən mühüm vəzifələrdən biri şagirdlərdə müstəqil şəkildə öz üzərində çalışmaq üçün vərdiş və bacarıqları formalaşdırmaqdır. DİM-in təqdim etdiyi yeni “video-dərs”lər öz üzərində işləmək istəyənlər üçün yardımçı mənbə olacaq.

Həmçinin, valideynlər də övladlarının təlim prosesinə nəzarət və onlara kömək etmək üçün bu dərslərdən istifadə edə bilərlər. Bundan əlavə, belə vəsaitlərin müvafiq fənlər üzrə hazırlanıb təqdim olunması əvvəlki illərin məzunlarının da qəbul imtahanlarına səmərəli hazırlaşmalarına imkan yaradacaq.

Layihə çərçivəsində qəbul imtahanı fənləri üzrə V-VII siniflərdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik “video-dərs” formasında hazırlanacaqdır. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunacaq. Məzmunu qısa, lakin dolğun ifadə etmək, materialın şərh və izahlarındakı yığcamlıq şagirdlərə az vaxtda səmərəli nəticələr əldə etməyə imkan verəcək.

Dərsliklərdə olan mövzuların şagirdlərə vizual şəkildə təqdim olunmasının bir sıra üstünlükləri vardır. Vizual təqdimatlar məlumatın şagirdlər tərəfindən daha da yaxşı qavranılması və yadda saxlanılmasının effektivliyini artırır.

Dərsliklərdəki materialların vizuallaşdırılması təkcə nəzərdə tutulan bilik və bacarıqların formalaşdırılmasına deyil, ümumilikdə fənnə maraq oyatmağa da yardımçı ola bilər. Videoçarxlarda mövzuya maraq oyatmaq üçün müxtəlif situasiya və hadisələr təsvir edilir və beləliklə motivasiya yaradılır.

Hazırlanmış materiallardan istifadə ödənişsizdir və mərhələ-mərhələ DİM-in “Youtube” kanalına yerləşdiriləcək. Artıq ingilis dili fənni üzrə V, VI, VII sinfə aid materiallar əsasında “video-dərs”lər kanala yerləşdirilib. Fizika fənni üzrə materialların hazırlanması da yekun mərhələdədir. Digər fənlər üzrə də materialların hazırlığı üzərində iş gedir.

“Video-dərs”lərdən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər, qəbul imtahanlarına hazırlaşan abituriyentlər, müəllimlər metodiki material kimi istifadə edə bilərlər.

DİM-in məlumatına görə, video-dərslər həm şagirdlər, abituriyentlər, həm valideynlər, həm də fənn müəllimləri üçün faydalı olacaq:

“Şagird və abituriyentlər bundan istifadə etməklə öz biliklərini təkmilləşdirə, mövzunu daha dərindən mənimsəyə biləcəklər.

Yuxarıda sadalanan müsbət cəhətlərinə baxmayaraq, yeni proqram əsasında ilk dəfə hazırlanan bu “video-dərs”ləri tam mükəmməl hesab etmək olmaz. Sözsüz ki, dərslər zaman-zaman daha da təkmilləşdirilməli, forma və məzmunca mükəmməl səviyyəyə gətirilməlidir. Dərslərin sonrakı təkmilləşmə prosesində isə rəylər, qeyd və təkliflər son dərəcə vacib rol oynaya bilər.

DİM bu işdə maraqlı hər kəsi ümumi işimiz naminə video materialların təkmilləşməsinə yönəlmiş qeyd, təklif və arzularını bildirməyə dəvət edir. Bu qeyd və təkliflər qəbul olunacaq və yeni dərslərin hazırlanması zamanı nəzərə alınacaq”.

Son xəbərlər