Mojo.az Banner
22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |     20:50 Erməni konyakı yenə sərhəddə ilişib qaldı  |     20:45 Bakıda avtobus aşdı - VİDEO  |     20:28 Siyəzəndə narkotiklərlə bağlı 14 nəfər tutuldu  |     20:23 Azərbaycanda bu tələbələr pulsuz təhsil alacaqlar  |     20:15 Narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi  |     20:09 144,9 ha ərazi minalardan təmizlənib  |     20:01 Azərbaycana 6 kq-dan artıq narkotik vasitə keçirmək istədilər  |    
Mojo.az Avto
Mojo.az Avto

“Milliön”dən 122 min manat oğurlayan şəxs tutuldu - FOTO

21.01.2019 12:42 1 942
“Milliön”dən 122 min manat oğurlayan şəxs tutuldu - FOTO
Bakıda “Milliön” terminallarından 122 min manat oğurlayan şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 1985-ci ildə Gürcüstanda anadan olan, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsində yaşayan, ali təhsilli Əlixanov İlqar Novruz oğlu müəyyən olunaraq tutulub.

İdarəyə daxil olan əməliyyat məlumatı əsasında müəyyən olunub ki, müvafiq olaraq işlədiyi şirkətin inkassator vəzifəsində çalışan İ.Əlixanov paytaxtın və respublikanın müxtəlif rayon və şəhərlərində olan “Milliön” ödəmə terminallarından ayrı-ayrı vaxtlarda gizli yolla 122 min 742 manat və 1200 ABŞ dollar oğurlayıb.

İctimai təhlükəli əməldə şübhəli bilinən şəxs ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə onun yaşadığı evinə baxış zamanı müxtəlif vaxtlarda taladığı 42 min 145 manat və 9 min 400 ABŞ dollar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Eləcə də, onun ictimai təhlükəli əməldə istifadə etdiyi alətlər, müxtəlif təyinatlı geyimlər aşkarlanıb. Müəyyən olunub ki, o, ödəmə terminallarına məxsus açarların sürətini çıxarmaqla, kustar üsulla hazırladığı yivlərlə 43 epizod üzrə ayrı-ayrı ünvanlarda bu əməlləri törədib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
//oxu.az






скачать dle 11.3
Mojo.az Banner