Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Zaur Hüseynov metronu təmizləyən 100 nəfəri işdən çıxardı

15.01.2019 16:42 2 057
Zaur Hüseynov metronu təmizləyən 100 nəfəri işdən çıxardı
"Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov stansiyalarda təmizlik işləri aparan işçilərin ştatını ləğv edib.

Median.Az
unikal.org-ya istinadən xəbər verir ki, Z.Hüseynovun bu qərarı verməsinə səbəb metropolitenin stansiyalarında təmizlik işlərini özəl şirkətlərin birinə həvalə etməsidir.

Z.Hüseynovun bu qərarı uzun illərdir metropolitenin stansiyalarında təmizlik işləri ilə məşğul olan yüzə yaxın insanın işsiz qalmasına və onların ciddi narazılığına səbəb olub. "Bakı Metropoliteni”nin təmizlik işçiləri artıq bu məsələ ilə bağlı hüquqlarının qorunması üçün müxtəlif dövlət qurumlarına da müraciət ünvanlayırlar. Onlar QSC-dən aldıqları kiçik məbləğ hesabına ailələrinə çörək pulu apardıqlarını deyiblər. Bir sözlə metropoliten rəhbərinin bu qərarı çətinlik hesabına aldıqları kiçik məvaciblərdən də məhrum edib. Şikayətçilər bildirirlər ki, QSC rəhbərinin bu qərarı onların ailələrinə ciddi sosial problem yaradacaq.

QSC rəhbərliyi, şirkət arasında da razılaşmada olub. Razılaşmaya əsasən təmizlik işçiləri sözügedən şirkətdə çalışa biləcəklər.

Amma, şirkət rəhbərliyi isə təmizlik işçilərinin əksəriyyətini işə götürməkdən imtina edir. Hazırda isə şirkət birinin kök, birinin yaşlı və digər bəhanələr ilə təmizlik işçiləri ilə müqavilə bağlamaqdan imtina edir. Ən "maraqlısı” isə şirkət tərəfindən sözügedən işçilərə əmək haqqı məvacibi metrodandan aldıqlarından da az təklif edilir”. – deyə şikayətdə vurğulanır.

"Bakı Metropoliteninin" mətbuat xidməti Bəxtiyar Məmmədov faktı təsdiqləyib. O, QSC rəhbərliyinin bu qərarın verməsinin səbəblərini açıqlayıb:

"2014-cü ildə QSC yarananda ölkə başçısı "Bakı Metropoliteninin" rəhbərliyinin qarşısına konkret tələblər qoymuşdu. Hazırda metroda ən qabaqcıl dünya texnalogiyaların tətbiq etməklə iş prinsiplərini, iş sistemini müasir dünya standartları səviyyəsində mərhələli şəkildə aparırıq. Eyni prinsip insan resursları kapitalına da aiddir”.

Stansiyalarda təmizlik işləri aparan işçilərin ştatını ləğv edilməsi məsələsinə gəlincə isə QSC rəsmisi bildirib ki, bundan sonra təmizlik məsələsi "Tais İFK” MMC şirkətinə həvalə edilib: "Bunun üçün tender keçirilib, qalib müəyyənləşib. Artıq QSC ilə sözügedən şirkət arasında müqavilə bağlanıb. Şirkət supervazerləri vasitəsilə təcrübəni öyrənib. Şirkət rəhbərliyi də qərara gəlib ki, metroda təmizlik sahəsində çalışan təcrübəli işçiləri də işə götürəcək. Artıq bu yöndə də (metro stansiyanın təmizlik işçiləri və şirkət arasında) danışıqlar gedir. Kim ki, şirkətdə çalışmaq istəmirsə, metropoliten tərifindən onlara kompensasiya verilib, yola salınır”.

Bəxtiyar Məmmədov qalib şirkətin metro.gov.az tender bölümündə göstərilməməsinin səbəblərini də açıqlayıb: "Bunu hər hansı məsələ ilə bağlamaq olmaz. Sayıtda qalib şirkətin göstərilməməsinə səbəb texniki problemdir. Yaxın vaxtlarda tenderdə qalib gələn şirkət haqqında rəsmi saytımızda xəbər yerləşdiriləcək".

Son xəbərlər