Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Süpürgəçilərə xüsusi geyimlər paylandı - VIDEO

05.04.2018 14:41 4 263
Süpürgəçilərə xüsusi geyimlər paylandı - VIDEO
Bu gün Suraxanı rayon İcra Hakimiyyətində Bakı şəhər Dövlət Yol polisi İdarəsi və Suraxanı rayon DYP Şöbəsi əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.

Tədbirdə DŞDYPİ-nin hərəkətin təşkili şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eyvaz Şahverdiyev, Suraxanı rayonu DYP Şöbəsinin rəisi, polkovnin-leytenant Sadıx Abasov, rayon icra hakimiyyəti başçısının 1-ci müavini Rəşad Hacıyev və digər şəxslər iştirak ediblər. Avtosfer.az-ın müxbiri xəbər verir ki, tədbirdə rayon ərazisində fəaliyyət göstərən 100-ə yaxın kommunal-təsəruffat birliyi işçilərinə xüsusi jiletlər təqdim olunub. Həmin jiletlər şəhərin küçələrində kommunal-təsərüfat işləri ilə məşğul olan, küçələri süpürən və təmizləyən işçilərə təqdim edilib.

Jiletlər Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun təşəbbüsü ilə idarənin vəsaiti hesabına alınıb. Təxminəm 500-ə yaxın jilet Bakı şəhərini əhatə edən rayonlarda fəaliyyət göstərən təmizlik işçilərinə veriləcək. Jiletlərin işıqqaytarma funksyası var. Həmçinin 3 rejimdə xüsusi batariya ilə işləyir.

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, əsas məqsəd yol qəzalarının qurbanı olan işçilərin həyatını təhlükədən qorumaqdır. “Bakı şəhəri ərazisində təmizlik işləri aparan şəxslərin avtomobillə vurulması halları böyük narahatlıq doğurur. Buna görə də qabaqlayıcı tədbirlərin həyata keçirlməsi zəruriliyi yaranıb. Magistral yollarda, küçə və prospektlərdə təmizlik işləri aparan şəxslər üçün yeni geyimlər hazırlanıb. Bu gün təmizlik işləri aparan 500 nəfərə yeni geyimlər paylanılacaq. Bu geyimlərin əsas üstünlüyü üzərində xüsüsi işıq qaytarıcılarının olmasıdır. Həmin işıq qaytarıcıları sürücülərin diqqətini cəlb etmək və baş verə biləcək piyada vurulması hallarının qarşısının alınması üçün nəzərdə tutulub". Avtosfer.az

Son xəbərlər