Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

BNA maşını xarab olmuş sürücünü cərimələdi - FOTO

15.01.2019 16:16 2 088
BNA maşını xarab olmuş sürücünü cərimələdi - FOTO
Sosial şəbəkədə Anar Qədirov adlı istifadəçi maraqlı paylaşım edib.

O iddia edir ki, 90 TK 294 dövlət qeydiyyat nömrəli avtomobilinin təkəri partladığı üçün nəqliyyat vasitəsini yolun kənarında saxlayıb və təkəri dəyişməyə çalışıb.

Elə bu vaxt BNA tərəfindən maşının fotolar çəkilib və cərimə olunub.

BNA mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı oxu.az-a açıqlamasında bildirib ki, bu istiqamətdə araşdırma aparılır:

“Vətəndaş Anar Qədirov 10.01.2019-cu il tarixdə yolun hərəkət hissəsində olarkən iddia etdiyi kimi, nəqliyyat vasitəsində texniki nasazlığın yaranması səbəbindən yolun hərəkət hissəsində nəqliyyat vasitəsini dayandırıb və Bakı Nəqliyyat Agentliyinin müşahidə kameraları vasitəsilə xəta qeydə alınıb.

Bu barədə cərimə müəyyənləşdirilərək vətəndaş məlumatlandırılıb. Məlumat üçün bildirək ki, “Yol Hərəkəti Haqqında” Qanunun 55-ci maddəsinin 2-ci hissəsinə əsasən, dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Bu halda sürücü barədə hər hansı inzibati cərimə protokolu tərtib olunmur”.





Son xəbərlər