Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:56 "Qızıl top" uğrunda Keynlə Mbappe arasında mübarizə necə keçib?  |     14:54 İƏT-in Baş katibi: "Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"  |     14:47 Finlandiya prezidenti: "Azərbaycanın Avropa İttifaqına üzv olmaq şansı var"  |     14:47 İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"  |     14:45 Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqlədi  |     14:43 Prezident: "Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"  |     14:42 İlham Əliyev: "Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb"  |     14:41 Prezident: "Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"  |     14:33 Təhlükəli məhsullarla bağlı YENİLİK: Hansı mallar bazardan yığışdırılacaq?  |     13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Niyə ölkədə azyaşlı məhkumların sayı artır? - AÇIQLAMA

15.01.2019 16:13 1 812
Niyə ölkədə azyaşlı məhkumların sayı artır? - AÇIQLAMA
Uşaqlar tərəfindən törədilən cinayət ədliyyə sistemində ayrı mövzudur. Bu uşaqlarla necə davranaq - onları mühakimə etmək və ya reabilitasiyaya göndərmək lazımdır, onlar kimlərdir: qurban və ya cəllad? Bu sual birmənalı reaksiya doğurmur. Bir tərəfdən, uşaq nə etdiyini sonadək dərk etməyə bilər, digər tərəfdən, əgər o, uşaqlıqda cinayət törədirsə, böyüdüyü zaman ondan nə gözləmək olar?

Son illər Azərbaycanda uşaq və yeniyetmələr tərəfindən törədilən cinayətlərin sayı artıb.

Median.Az xəbər verir ki, bu fikirləri “Ümidli gələcək” Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Haşımova Media.Az-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, ötən il Azərbaycanda 500-dən çox uşaq cinayət törədib.

“Hazırda uşaq koloniyasında 40 oğlan var, əvvəllər onların sayı 24 olub. Bu, onunla əlaqədardır ki, əvvəllər Bakı Reabilitasiya Mərkəzində daha fəal işlər aparılırdı, eləcə də, Gəncədə reabilitasiya mərkəzi vardı, indi onlar fəaliyyət göstərmir.

Buna baxmayaraq, ötən il biz UNİCEF və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə Ağcabədi və Şirvan rayonlarında reabilitasiya mərkəzləri yaratdıq, eləcə də, bu mərkəzləri lazımi maddi-texniki baza ilə təchiz etdik.

Bu rayonların seçilməsinə səbəb UNİCEF-in burada əhaliyə hüquqi yardım göstərilməsi layihəsini həyata keçirməsi və bunun nəticəsində buradakı uşaqların daha çox dəstəyə ehtiyacı olduğunun müəyyən edilməsi olub.

Bundan başqa, Daxili İşlər Nazirliyinin Azərbaycanın hansı rayonlarında yeniyetmələr tərəfindən daha çox cinayətin törədilməsi ilə bağlı statistikası da burada əsas rol oynayır. Misal üçün, Ağcabədi sərhəd bölgəsidir və burada risk qrupuna daxil olan qaçqınlar çoxdur.

Ümumiyyətlə, hesab edirəm ki, bu cür mərkəzlər Azərbaycanın bütün regionları üçün vacibdir, çünki yetkinlik yaşına çatmayanlar tərəfindən cinayətlər hər yerdə törədilə bilər”, - K.Haşımova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda cinayət törətmiş uşaqlarda orta yaş 13-14-dür. Daha çox cinayəti oğlanlar törədir.

“Əgər uşaqlar arasında ən geniş yayılmış cinayətlərdən danışsaq, bunlar oğurluq və xırda xuliqanlıqdır. Lakin bununla yanaşı, çox xoşagəlməz tendensiya ilə rastlaşırıq – yetkinlik yaşına çatmayanlar arasında seksual xarakterli cinayətlərin sayında artım müşahidə edilir. Uşaqlar öz yaşıdlarını və ya özlərindən balacaları zorlayırlar.

Daha ağır cinayətlər də törədilir. Misal üçün, hazırda öz həmyaşıdını döyən üç yeniyetmə üzərində məhkəmə prosesi gedir.

Bir müddət əvvəl reabilitasiya mərkəzimizdə uşaq öz həmyaşıdı ilə dalaşıb və ona bıçaq xəsarəti yetirib. Xəsarət alan uşaq sağ qalıb. Zərərçəkmişin valideynləri tələb edirdi ki, cinayəti törədən uşaq yeddi il müddətinə azadlıqdan məhrum edilsin. Ancaq bu baş vermədi, çünki aparılan araşdırma zamanı məlum olub ki, zərərçəkmiş cinayəti törədən şəxsin valideynlərini təhqir edərək, onu bu əməli törətməyə təhrik edib. Nəticədə, uşaq bir il müddətinə azadlıqdan məhrum edilib.

Koloniyada o, duluzçuluq sənətini öyrənib. O, həbsdən çıxdıqdan sonra rəssamlıq məktəbinə daxil olub və təhsilini ali səviyyədə davam etdirmək niyyətindədir”, - K.Haşımova qeyd edib.

Onun sözlərinə görə, sükan arxasına oturan yetkinlik yaşına çatmayanlar tərəfindən də törədilən cinayətlərin sayı az deyil.

“Bir müddət əvvəl 16 yaşlı oğlan idarə etdiyi avtomobillə uşağı vurub və nəticədə, azyaşlı ölüb. Ancaq həmin yeniyetmə məsuliyyətə cəlb olunmayıb. Biz onun valideynləri ilə söhbət etdik ki, onlar övladlarına maşın sürməyi qadağan etsinlər.

Əminəm ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlərin azalması üçün profilaktika işləri vacibdir. Yalnız profilaktik tədbirlər onların artımını dayandıra bilər”, - K.Haşımova əlavə edib.

Son xəbərlər