Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

DİQQƏT: Bu maşınlar dövriyyədən çıxarılacaq – VİDEO

10.01.2019 16:30 2 250
DİQQƏT: Bu maşınlar dövriyyədən çıxarılacaq – VİDEO
“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda ölkə ərazisindəki köhnəlmiş və təhlükəsizlik səviyyəsi aşağı olan avtomobillərin dövriyyədən çıxarılması nəzərdə tutulub. Bu gün kifayət qədər təhlükəsizlik səviyyəsi aşağı olan nəqliyyat vasitələri yol hərəkəti iştirakçısıdır.

ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Xaçmaz sakin , Mirzə Qəmbərov bildirir ki, idarə etdiyi “Moskviç” markalı avtomobil onu qanə edir.

Mirzə Qəmbərov - Avtomabilin Sahibi: “Pis maşın deyil. Keyfiyyəti də keyfiyyətlidir. Yükü də bununla aparıram. Rahat maşındır”,

Adətən belə avtomobillərdə nasazlıq yarananda ustalar digər müasir avtomabillərin uyğun gələn ehtiyyat hissələrini köhnəsinin təmiri prosesində istifadə edir. Bu isə texniki cəhətdən çox təhlükəlidir.

Ekspertlər bildirir ki, köhnə avtomobillər müasirlərindən fərqlidir. Onların əyləci, sükanı, manevr etmə sistemi köhnnə dövrün tələblərinə uyğun hazırlanıb. Bu gün isə yollarda nəqliyyat vasitəsinin hərəkətinin daha sürətli və çevik olması şərtdir.

Sözü gedən dövlət proqramına əsasən nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəqliyyat vasitələri üçün müasir texniki reqlamentlərin hazırlanması və tətbiqi, nəqliyyat vasitələrinə texniki xidmətin keyfiyyətinin artırılması, onların texniki vəziyyətinə nəzarətin və texniki baxış qaydalarının təkmilləşdirilməsi nəzərdə tutulub.

Son xəbərlər