Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Köhnə avtomobillərin dövranı bitir, yeni utilizasiya proqramı hazırlanır

17.08.2019 15:46 1 814
Köhnə avtomobillərin dövranı bitir, yeni utilizasiya proqramı hazırlanır
Nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması, mövcud məlumatların toplanması üçün həmicraçı qurumlarla aidiyyəti işlər aparılır.

Median.Az
xəbər verir ki, bunu “oxu.az”a açıqlamasında iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Nazir müavini bildirib ki, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın 7.3.7.1-ci bəndində Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnə, texniki-təhlükəsizlik və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi nəzərdə tutulub:

"Hazırda mövcud məlumatların toplanması məqsədilə həmicraçı qurumlarla aidiyyəti işlər aparılır.

Eyni zamanda, proqramın hazırlanması üçün məsləhətçi şirkət cəlb olunub və beynəlxalq təcrübənin öyrənilməsinə başlanılıb".

R.Məmmədov əlavə edib ki, beynəlxalq təcrübə əsasında yerli şəraitə uyğun iqtisadi və maliyyə mexanizmləri vasitəsilə yerli istehsalın stimullaşdırılması üçün güzəştlərin tətbiqi, tariflər, prosedurlar və digər müvafiq sənədlər hazırlanacaq:

"Yəni bu istiqamətdə işlər davam etdirilir".

Qeyd edək ki, Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndində (7.3.7. Nəqliyyat vasitələrinin utilizasiyasının təşkili) Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması qeyd edilib.

Proqramın tətbiqinə 2019-2020-ci illərdə başlanılması proqnozlaşdırılıb.скачать dle 11.3

Son xəbərlər