Mojo.az Banner
12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |     11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |     11:51 Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"  |     11:50 Azərbaycan nefti bahalaşdı  |     11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |     11:42 Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"  |     11:37 Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"  |     11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda oğurluq edən 7 nəfər saxlanılıb

28.12.2018 17:45 5 164
Sumqayıtda oğurluq edən 7 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il aprelin 15-dən dekabrın 5-dək olan müddətdə, şəhər ərazisindəki 1 mağazadan, 1 avtomobildən, 8 evdən pul və məişət əşyaları oğurlayan, habelə 3 nəfərə qarşı dələduzluq edən şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Allahverdiyev saxlanılıb.

Bundan başqa, Sumqayıt ŞPİ 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 9-dan dekabrın 10-dək olan müddətdə, şəhər ərazisində 2 avtomobildən akkumulyator, habelə 4 evdən məişət əşyaları və inşaat materialları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Rüstəm Qasımov saxlanılıb.

Sumqayıt ŞPİ 1-ci polis bölməsinin əməkdaşları tərəfindən bu il aprelin 9-dan dekabrın 6-dək olan müddətdə, şəhər ərazisindəki 4 evdən və 3 mağazadan pul, məişət əşyaları və ərzaq məhsulları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Amil Rüstəmov saxlanılıb.

Sumqayıt ŞPİ 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il fevralın 20-dən dekabrın 11-dək olan müddətdə, şəhər ərazisindəki 1 evdən, köşkdən, mağazadan pul, noutbuk, planşet və mobil telefon, 5 nəfərin mobil telefonlarını oğurlayan, habelə 1 nəfərə qarşı dələduzluq edən şəhər sakini Abuzər Abuzərov saxlanılıb.

Sumqayıt ŞPİ 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 7-dən bu il dekabrın 18-dək olan müddətdə, şəhər ərazisindəki
3 mağazadan, 1 həyətyanı sahədən, qarajdan və 3 avtomobildən pul, maqnitofon, danışıq kartları, ərzaq məhsulları, sənəd, su sayğacı və mobil telefon oğurlayan şəhər sakini
Vaqif İmanov saxlanılıb.

Sumqayıt ŞPİ 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 22-dən bu il dekabrın 10-dək olan müddətdə, şəhər ərazisindəki 4 evdən, 2 avtomobildən məişət əşyaları, 3 mağazadan pul və tütün məmulatı oğurlayan şəhər sakini Nemət Veysəlov saxlanılıb.

Sumqayıt ŞPİ 4-cü polis bölməsinin əməkdaşları tərəfindən dekabrın 21-də bir qadının, içərisində 490 manat olan pulqabısını oğurlayan şəhər sakini Mikayıl Tağıyev saxlanılıb.

Faktlarla bağlı CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3
Mojo.az Banner