Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda silsilə oğurluqlar törədən 4 nəfər saxlanılıb

22.12.2018 13:56 4 178
Sumqayıtda silsilə oğurluqlar törədən 4 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da şəhər ərazisində “VAZ-2106” markalı avtomobildən inşaat materialları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Gündüz Aydınov saxlanılıb.

Aparılmış tədbirlərlə onun bu il aprelin 21-dən dekabrın 4-dək olan müddətdə şəhər ərazisindəki 3 evdən məişət əşyaları və inşaat materialları, habelə 1 qadının çantasından 90 manat oğurlaması müəyyən edilib.

Bundan başqa, Sumqayıt ŞPİ 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin yanvar-may aylarında, şəhər ərazisindəki 3 evdən su mühərriki, təmir-tikinti alətləri, habelə 2 avtomobildən akkumulyator oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Daşdəmirov saxlanılıb.

Sumqayıt ŞPİ 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin yanvar-oktyabr aylarında, şəhər ərazisindəki 1 evdən, 2 həyətyanı sahədən və 2 avtomobildən pul, məişət əşyaları və ev quşu oğurlayan şəhər sakini İlqar Məmmədyarov saxlanılıb.

Sumqayıt ŞPİ 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin fevral-dekabr ayları ərzində, şəhər ərazisindəki gözəllik salonundan
60 manat pul, hazırlıq kursundan televizor və kompyuter, 2 avtomobildən 60 manat pul, tütün məmulatı, bankomat kartı və audiodisklər, 2 evdən 4 ev quşu və su mühərriki, şəhər sakini olan 1 nəfərin mobil telefonunu, bir nəfərin çantasından pul və sənədlərini, iaşə obyeklərindən birindən elektrik avtomat qoruyucusunu oğurlayan Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağami Ağayev saxlanılıb.

Faktlarla bağlı CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3
Mojo.az Banner