Mojo.az Banner
21:00 Təyyarələrdə niyə həmişə soyuq olur? – Stüardessa səbəbini açıqladı  |     20:53 "GO" içdi, marşrutda sərnişinin pul kisəsini oğurladı  |     20:48 Finlandiya ev telefonları ilə vidalaşdı: Azərbaycan da bu təcrübədən istifadə edə bilərmi?  |     20:40 Son altı ayda ölkədə nə qədər zəlzələ baş verib? - Rayonlar açıqlandı  |     20:35 Bakının bu ərazilərində evlər 35 faiz bahalaşacaq - Qiymətlər açıqlandı  |     20:29 Mədədə bir neçə gün qala bilirlər: Ən gec həzm olunan qidalar (SİYAHI)  |     20:27 İnsanlar niyə çox pulları olsa belə, ikinci əl əşyalar alırlar? - Psixoloqların cavabı  |     20:22 Dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb  |     20:14 825 nəfərin Azərbaycandan çıxışına qadağa qoyulub  |     20:09 Valideyn-dövlət-özəl əməkdaşlığı modeli dövlət hesabına maliyyələşəcək  |     20:01 Kiyev bu ölkədən 2 milyardlıq qırıcı təyyarə alır  |     19:56 Siqaret qaçaqmalçılığında ittiham olunan dəstə üzvləri hakim qarşısında  |     19:50 Sabah 35 dərəcə isti olacaq  |     19:42 Elgiz Əkbərin anası vəfat etdi  |     19:37 "Boşanandan 4 ay sonra özümdən 37 yaş kiçik xanımla evləndim" - Tariyel Qasımov  |     19:29 Lerikdə 5 ton narkotik bitki məhv edildi  |     19:24 Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər imtahan verəcək  |     19:10 Tikilən yeni ev mənzilini yarasız hala saldı - VİDEO  |     19:03 Rusiya bu ölkələrlə dəmir yolu keçidini bağlayır  |     18:21 Bu şirkətdə milyonluq yeyinti - Həbs edilənlər var  |    
Left Banner
Right Banner

Regionlarda oğurluğa görə 16 nəfər saxlanılıb

08.12.2018 16:28 5 701
Regionlarda oğurluğa görə 16 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri istintaq-axtarış tədbirləri nəticəsində, bu il iyulun 5- və sentyabrın 3-də şəhər sakinləri olan 2 nəfərin mobil telefonlarını oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Cabbarov saxlanılıb.

Bundan başqa, Sumqayıt ŞPİ 2-ci polis bölməsinin əməkdaşları əməliyyat tədbirləri nəticəsində, bu ilin may-oktyabr ayları ərzində 3 avtomobildən məişət əşyaları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Şahgəldiyev saxlanılıb.

Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il aprelin 19-dan noyabrın 16-dək olan müddətdə, rayon ərazisindəki iki evdən, bir mağazadan və bir həyətyanı sahədən su mühərriki, tütün məmulatı və məişət əşyaları oğurlayan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Əliyev saxlanılıb, Nizami RPİ-nin əməkdaşları tərəfindən oktyabrın 15-də rayon ərazisindəki həyətyanı sahədən 350 manat dəyərində samovar oğurlayan Gəncə şəhər sakini Rəsul Abbasov saxlanılıb, Kəpəz RPİ-nin əməkdaşları tərəfindən noyabrın 16- və 26-da Gəncə şəhəri ərazisindəki 2 avtomobildən akkumulyator oğurlayan şəhər sakinləri Mayıl Həsənov və Xəlil Qarayev saxlanılıblar,
Saatlı RPŞ-nin əməkdaşları tərəfindən sentyabrın 11-dən noyabrın 23-dək olan müddətdə, rayon ərazisindəki bir həyətyanı sahədən 10 ev quşu, bir evdən soyuducu mühərriki və məişət əşyaları, həmçinin bir nəfərə məxsus velosipedi oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Niyaz Əliyev saxlanılıb, Qusar RPŞ-nin əməkdaşları tərəfindən noyabrın 27-də rayon ərazisindəki evldən 350 manat oğurlayan rayon sakini İsmayıl Mədətov saxlanılıb, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabr ayında, Zəyəm qəsəbəsi ərazisindəki plastik qapı-pəncərə sexindən 700 manat dəyərində avadanlıq oğurlayan rayon sakinləri Məcid İsmayılov və Emin İsmayılov saxlanılıblar, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən noyabrın 30-da İrəvanı kəndi ərazisində 2 artezian quyusundan 55 metr kabel oğurlayan rayon sakini Xalid Tağıyev saxlanılıb, Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də rayon ərazisindəki mağazadan 2000 manat və ərzaq məhsulları oğurlayan rayon sakini Aydın Şükürov saxlanılıb, Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 27-də rayon ərazisindəki şadlıq sarayından 6000 manat dəyərində səsgücləndirici oğurlayan rayon sakini Cavid Cəfərov saxlanılıb, Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də Avşar kəndində, evdən 1 kq. 500 qramlıq qızıl əşyalarını oğurlayan kənd sakini Ağa Tağıyev saxlanılıb, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 22-də mağazadan 100 manat və tütün məmulatı oğurlayan rayon sakini, əvvəllər məhkum olunmuş Mansur Cabbarov saxlanılıb, Salyan RPŞ-nin əməkdaşları tərəfindən dekabrın 5-də rayon ərazisindəki evdən 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan ev sahibinin qohumu, əvvəllər məhkum olunmuş Əşrəf Hüseynov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3
Mojo.az Banner