Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:51 Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı | 17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama | 16:42 Bakıda ərini çapacaqla yaralayan qadının məhkəməsi başlayıb | 16:41 Bakıda və rayonlarda güclü külək gözlənilir - Xəbərdarlıq | 14:45 Bakıda maşının nömrəsini oğurlayıb 2 min tələb etdilər... | 14:43 Günəşdə gözlənilməz güclü partlayış olub | 14:41 Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi | 14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? | 13:05 DİN və ETSN birgə əməliyyat keçirdi: Altı nəfər saxlanıldı - Video |
Mojo.az Avto
Mojo.az Avto

Aydan Axundzadə: Tribunaya çıxmağa hazır deyildim - VİDEO

21.12.2018 12:13 8 465
Aydan Axundzadə: Tribunaya çıxmağa hazır deyildim - VİDEO
“Maşın şou. Hind kinosu”nun bugünkü buraxılışında qadın iştirakçıların sıraları daha da seyrəlib.

OAktrisa Aydan Axundzadə layihəni tərk edib.

Gizli səsvermədə üç iştirakçı aktrisaya səs verib. Öz növbəsində A.Axundzadə kimə qarşı oynayacağını sonadək açıqlamayıb. Bu isə həmişə riskli olur.

Əgər bu fənd dünən Xose Bernardonun işinə yaradısa, yenidən alınacağına təminat yox idi. Bu gecə səs-küylü idi, lakin göz yaşları olmadı.

Xəyalə Quliyeva ilə Nazilə Səfərli arasında münaqişə yetişməkdə idi. Bunun nə ilə nəticələnəcəyini indidən demək çətin olsa da, bir-biri ilə mübarizə aparan qruplaşmaların münaqişəsi olduğunu istisna etmək olmaz. Ya da bəlkə, komanda üzrə tərəfdaşların incə oyunudur.

İştirakçılar A.Axundzadəyə dəstək verməyə çalışıblar. Taleh Yüzbəyov jestlərlə pərəstişkarlarını aktrisaya səs verməyə çağırıb. Lakin aydın idi ki, Aydan lazımi səs yığa bilməyəcək.

Və budur, SMS səsvermənin nəticələri elan olunur. Aydanın layihədə qalmasının əleyhinə tamaşaçıların 58,25 faizi səs verib.

“Şoudan çıxmağa namizəd olmağım mənim üçün gözlənilməz oldu. Mən tribunaya çıxmağa hazır deyildim. Lakin əvvəlcədən dediyim kimi, əgər hər şey planım üzrə getməsə, rəqibimin adını açıqlamayacağam. Belə də etdim”, - deyə A.Axundzadə bildirib.

Aktrisa Nazilə Səfərlinin adını niyə açıqladığını da söyləyib:

“Çünki hesab edirəm ki, o, güclü rəqibdir və mənimlə ciddi rəqabət apara bilərdi”.

Aydan maşının Ramil Nabrana qismət olmasını istədiyini də dilə gətirib.

Nazilə Səfərli isə öz emosional durumundan şikayət edib. O bildirib ki, bu cür davam etsə, özü əlini avtomobildən çəkəcək.

“Mənə çətindir”, - deyə o vurğulayıb.

Saat 22:00-da ATV kanalında yayımlanacaq “Maşın Şou. Hind kinosu”nu qaçırmayın.

Son xəbərlər