Mojo.az Banner
22:18 Narkotikdən istifadə edən təcili yardım sürücüsünə hökm oxundu  |     22:17 Tovuz rayonunda kanaldan meyit aşkarlandı  |     22:16 Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq  |     22:15 Sumqayıtda oğurluq edən qadın saxlanılıb  |     22:13 Azərbaycanlı vəkilin oğlu Rusiyada həbs edildi  |     22:13 Ağ Evdə keçirilən UFC turnirində qalmaqal  |     22:12 Bacısını yatdığı yerdə güllələyib öldürdü, cəzadan azad edildi  |     22:10 Məşhur serialın ulduzu 77 yaşında vəfat etdi  |     22:08 Ukraynadan Azərbaycana kiloqramı 2,8 manatdan 1 234 ton toyuq əti gətirilib  |     22:05 Sabah 32 dərəcə isti olacaq  |     22:01 Moskva-Naxçıvan reysində İNSİDENT: Sərnişin təyyarənin qapısını açmağa çalışdı  |     21:55 Ağdamda çobanlar arasında mübahisə: Ölən və xəsarət alan var (Yenilənib)  |     21:49 Ucarda 62 yaşlı kişi küçədə öldü  |     11:48 Köçəryan ölkədən qaçmaq istədi  |     11:47 Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI  |     11:47 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     11:45 Xalq artisti Flora Kərimovanın son durumu açıqlandı  |     11:44 Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA  |     11:43 Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur  |     11:41 Bakıda stadionda 11 yaşlı uşağın başına iş gəldi - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ (Video)  |    
Left Banner
Right Banner

Bakıya gələn ər-arvadın aeroportdan "iPhone" keçirmək üçün ağlagəlməz əməli - VİDEO

11.12.2018 16:49 3 113
Bakıya gələn ər-arvadın aeroportdan
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının sayıqlığı nəticəsində xeyli sayda mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısı alınıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, belə ki, FZ 707 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Yaqubova Layə Cümşüd qızı həyat yoldaşı Nəsibov Nurlan Vəfadar oğlu ilə birlikdə Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarətini keçdikdən sonra əl yükü olan çamadanı lentin yanında qoyaraq ayaqyoluna daxil olub və orada əyninə çadra geyinərək lentin yanında qoyduğu çamadanı götürüb və "Yaşıl Kanal"a doğru hərəkət edib.

Layə Yaqubova gömrük əməkdaşı tərəfindən saxlanılaraq "Qırmızı Kanal"a yönləndirilib və bu zaman həyat yoldaşının çamadanındakı qaçaqmal predmetlərinin aşkar ediləcəyini anlayan Nurlan Nəsibov diqqəti yayındırmaq məqsədilə yerə yıxılaraq özünü pis hiss etdiyini bildirib.

Gömrük əməkdaşlarının diqqətinin Nurlan Nəsibova yönəldiyini görən Layə Yaqubova "Qırmızı Kanal"a daxil olmadan yenidən çamadanını lentin yanına qoyaraq ayaqyolunda çadrasını çıxarıb və əl yükü olmadan "Yaşıl Kanal" buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etməyə cəhd göstərib. Gömrükçülər tərəfindən saxlanılaraq yoxlama otağına dəvət edilən Layə Yaqubovanın havalimanının zalında qoyaraq gömrük nəzarətindən keçmək istədiyi əl yükü olan çamadanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan 6 ədəd "Samsung S9 64GB", 1 ədəd "Samsung Note 9 128GB" , 5ədəd "İphone XS Gold 64GB", 3 ədəd "İphone XS Space Gray 64GB" , 1 ədəd "İphone XS Gold 256GB", 1 ədəd "İphone X Silver 64GB", 1 ədəd "İphone XS MAX Space Gray 256GB", 1 ədəd "İphone XS MAX Space Gray 64GB", 1 ədəd "İphone XS MAX Gold 256GB" və 2 ədəd "İphone XS MAX Gold 64GB" markalı mobil telefonlar, əl çantasından isə 1 ədəd "Samsung S9 64GB" markalı mobil telefon aşkar olunub.

Yaqubova Layə Cümşüd qızı ilkin izahatında mobil telefonların həyat yoldaşı Nurlana məxsus olduğunu, gömrük nəzarətindən bu üsulla keçməyi də onun planlaşdırdığını bildirib.

Faktla bağlı araşdirma aparılır.

Qeyd edək ki, ərlə arvadın hazırladıqları "ssenari" kameralar vasitəsilə qeydə alınıb və həmin görüntüləri təqdim edirik.скачать dle 11.3
Mojo.az Banner