Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Balaca Əlinin sizin köməyinizə ehtiyacı var

05.12.2018 17:54 4 895
Balaca Əlinin sizin köməyinizə ehtiyacı var
Şəkildə gördüyünüz uşağın 10 yaşı var. Adı Əlidir. O, iki il öncə gecə saatlarında baş vermiş bədbəxt hadisə nəticəsində yatağından yıxılaraq ağır kəllə-beyin travması alıb. 15 gün koma vəziyyətində qalan Əli peşəkar həkimlərin gərgin səyləri və keçirdiyi ağır əməliyyatlar sayəsində həyatda qala bilib.

Lakin aldığı travma 10 yaşlı Əlini yaşıdları ilə oynamaqdan məhrum edib. O, gəzmə qabiliyyətini itirib. İki il ölkə daxilində, eləcə də, xaricdə davam edən reabilitasiya və fizioterapiya kursları nəticəsində Əlinin sağlamlığında əhəmiyyətli dərəcədə irəliləyişlər əldə olunub.

Həkimlərin sözlərinə görə, müalicələr davam edərsə, Əli yenidən öz sağlamlığına qovuşa bilər. Həkimlər bu istiqamətdə müsbət fikirdədirlər. Bu hədəfə çatmaq üçün isə bu gün reabilitasiya proqramlarının daha da aktivləşdirilməsinə ehtiyac var.

Əli və ailəsi bu məsələdə xeyirxah insanların köməyinə güvənir. Ailəsi inanır ki, belə durumda onlara dəstək olacaq şəxslər bu məsələdə yardımını əsirgəməyəcəklər!

Ailə üzvlər deyir ki, Əli çox istedadlı uşaqdır. Yaşının az olmasına baxmayaraq, o, güclü şahmat oynaya bilir. O, zehni oyunları çox sevir. Ən böyük arzularından biri də şahmat üzrə ən ali dərəcə olan qrossmeyster adını qazanmaqdır. Gəlin, Əliyə bu arzusunu gerçəkləşdirməkdə yardım edək.

Xeyirxah insanları balaca Əliyə kömək etməyə səsləyirik.


















Son xəbərlər