Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 20 yaşlı gənc hündürlükdən yıxılaraq ağır xəsarət alıb

15.11.2019 11:44 4 167
Bakıda 20 yaşlı gənc hündürlükdən yıxılaraq ağır xəsarət alıb
Yasamal rayonunda binadan yıxılan şəxs ağır xəsarət alıb.

Hadisə Zahid Xəlilov küçəsində, “Musabəyov parkı”nın yaxınlığında yerləşən beşmərtəbəli binanın qarşısında baş verib. 1999-cu il təvəllüdlü Hüseynov Fuad Muqabil oğlu hündürlükdən yıxılaraq yaralanıb.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. F.Hüseynova qapalı-kəllə beyin travması, onurğa sütununun sınması diaqnozu qoyulub. Həkimlərin verdiyi məlumata görə, yaralı affekt vəziyyətindədir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər