Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:56 Şəmkirdə "Mercedes" aşdı: Yaralılar var | 22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı |
Mojo.az Avto
Mojo.az Avto

Xəyanətə görə arvadının başını qırxan kişini hansı cəza gözləyir? - VİDEO

01.12.2018 14:22 2 897
Xəyanətə görə arvadının başını qırxan kişini hansı cəza gözləyir? - VİDEO
Həyat yoldaşını ona xəyanət etdiyi üçün başını keçəl edən kişiyə cinayət işi açıla bilər.

Bunu oxu.az-a açıqlamasında hüquqşünas Ruslan Vəliyev bildirib.

Onun sözlərinə görə, heç kimin heç kəsi mühakimə etmək hüququ yoxdur:

“Əgər qadın xəyanət edib və kişi onu qəbul etmirsə, boşana bilər. Şəxsi alçaltmaq, onun şərəf və ləyaqətini aşağılamaq, təhqir etmək, qeyri-insani rəftar etmək yolverilməzdir. Digər tərəfdən qadının sifətində fiziki zorakılığın əlamətləri vardır.

Bu da olmaz. Görüntülər əsasında hüquq-mühafizə orqanları tərəfindən fakt üzrə cinayət işi başlanmalıdır”.

Ruslan Vəliyev qeyd edib ki, qadına qarşı törədilən xəsarətin dərəcəsi ekspertizanın rəyindən asılı olaraq müəyyən edilir:

“Xəsarət dərəcəsi ağırdırsa, Cinayət Məcəlləsinin 126-ci maddəsi ilə üç ildən səkkiz ilə kimi, ağırlaşdırıcı halda altı ildən 11 ilə kimi azadlıqdan məhrum etmə cəzası var.

Ekspertizanın rəyinə əsasən, dəymiş xəsarət az ağırdırsa, Cinayət Məcəlləsinin 127-ci maddəsinə əsasən, iki ilə kimi azadlıqdan məhrum etmə cəzası var. Xəsarət yüngüldürsə, bir ilə kimi azadlıqdan məhrum etmə və yaxud cərimə tətbiq oluna bilər”.

“Şəxsi əzab vermə faktı varsa, həmin şəxs iki ilə kimi, ağırlaşdırıcı halda üç ildən beş ilə kimi azadlıqdan məhrumetmə ola bilər.

Təbii ki, videoda təhqir və böhtanın əlamətləri var. Onlar təsdiqin taparsa, Cinayət Məcəlləsinin 147- ci maddəsi ilə cinayət işi başlaya bilər və altı aya kimi azadlıqdan məhrum etmə cəzası verilə bilər”.

Hüquqşünas qeyd edib ki, qadın özü də müraciət etməsə də, video hüquq-mühafizə orqanları tərəfindən şəxsə qarşı cinayət işinin başlanması və araşdırma aparılması üçün kifayət edir.


Son xəbərlər