Mojo.az Banner
23:01 Azərbaycanda bu şirkətlər bağlanır  |     22:54 Goranboyda iclas keçirildi - Sakinlər saat 18:30-dan etibarən...  |     22:48 Avtobuslar qət etdiyi yola görə ödəniş alacaq - Azərbaycanda yenilik  |     22:40 Məzuniyyətdən sonra işə qayıtmaq niyə çətin olur? - Psixoloq  |     22:35 Süni intellekt bu peşələri sıradan çıxara bilər - 756 iş üzrə risk dərəcələri  |     22:27 Qazaxın 4 kəndində qaz olmayacaq  |     22:22 Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?  |     22:16 Azərbaycanın 103 yaşlı diktoru dünyasını dəyişdi  |     22:10 Şəkidə fərdi yaşayış evi yandı  |     22:02 Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza  |     21:56 MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş  |     21:50 Kustar üsulla hazırlanan “arıqlama çayları” aşkarlanıb - VİDEO  |     21:41 Tiktokda nalayiq paylaşımlar edən şəxs həbs olundu  |     21:33 Məşhur qorxu filminin ssenaristi Viktor Miller vəfat edib  |     21:29 Trampdan Hörmüz boğazı ilə bağlı GÖZLƏNİLMƏZ TƏKLİF  |     21:22 Göyçə gölünün səviyyəsi 64 ilin ən yüksək göstəricisinə çatıb  |     21:17 Ən güclü “Android” telefonları BUNLARDIR  |     21:10 Məktəbə ilk dəfə başlayan uşaqlar: Onlarla necə rəftar edilməlidir?  |     21:02 Bu pul sizə qaytarılmaya bilər - Məhkəmədən QƏRAR  |     20:54 Bakıda sürücü sərnişinlərə küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO  |    
Left Banner
Right Banner

Polis dənizdə köməksiz vəziyyətdə qalan 2 balıqçını xilas etdi – VİDEO

30.11.2018 15:18 1 451
Polis dənizdə köməksiz vəziyyətdə qalan 2 balıqçını xilas etdi – VİDEO
Xəzər dənizində həyati təhlükə ilə üzləşən 2 nəfər Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xilas edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, noyabrın 29-da saat 21:25 radələrində Bakı şəhər sakinləri Əmiraslan Hüseynov və Hikmət Səmədov Novxanı qəsəbəsində qayıqla dənizdə balıq ovuna çıxıblar.

Sahildən təxminən 5 kilometr aralıda qayığın mühərriki xarab olduğuna görə onlar həyati təhlükə ilə üz-üzə qalıblar.

Dənizdə köməksiz vəziyyətdə qalmış balıqçılardan daxil olmuş məlumatla əlaqədar dərhal DİN NBPİ-nin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Havanın çox küləkli, soyuq, dənizin isə dalğalı olmasına baxmayaraq, Ə.Hüseynov və H.Səmədov polis əməkdaşları tərəfindən xilas ediliblər.


скачать dle 11.3
Mojo.az Banner