Mojo.az Banner
22:18 Narkotikdən istifadə edən təcili yardım sürücüsünə hökm oxundu  |     22:17 Tovuz rayonunda kanaldan meyit aşkarlandı  |     22:16 Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq  |     22:15 Sumqayıtda oğurluq edən qadın saxlanılıb  |     22:13 Azərbaycanlı vəkilin oğlu Rusiyada həbs edildi  |     22:13 Ağ Evdə keçirilən UFC turnirində qalmaqal  |     22:12 Bacısını yatdığı yerdə güllələyib öldürdü, cəzadan azad edildi  |     22:10 Məşhur serialın ulduzu 77 yaşında vəfat etdi  |     22:08 Ukraynadan Azərbaycana kiloqramı 2,8 manatdan 1 234 ton toyuq əti gətirilib  |     22:05 Sabah 32 dərəcə isti olacaq  |     22:01 Moskva-Naxçıvan reysində İNSİDENT: Sərnişin təyyarənin qapısını açmağa çalışdı  |     21:55 Ağdamda çobanlar arasında mübahisə: Ölən və xəsarət alan var (Yenilənib)  |     21:49 Ucarda 62 yaşlı kişi küçədə öldü  |     11:48 Köçəryan ölkədən qaçmaq istədi  |     11:47 Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI  |     11:47 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     11:45 Xalq artisti Flora Kərimovanın son durumu açıqlandı  |     11:44 Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA  |     11:43 Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur  |     11:41 Bakıda stadionda 11 yaşlı uşağın başına iş gəldi - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ (Video)  |    
Left Banner
Right Banner

Azərbaycanlı jurnalist Ukraynada silahlı hədələrə məruz qalıb

26.11.2018 17:54 4 611
Azərbaycanlı jurnalist Ukraynada silahlı hədələrə məruz qalıb
Ukraynanın paytaxtı Kiyevə ezam olunmuş “Report” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanov naməlum şəxslər tərəfindən təqiblə və silahlı hədələrlə rastlaşıb.

Median.Az
Report-a istinadən xəbər verir ki, noyabrın 20-də, Kiyevdə qaldığı yerə yaxın kafelərin birindən çıxarkən AA6164BI dövlət nömrə nişanlı, “Şkoda” markalı avtomobildən naməlum şəxslər tərəfindən izlənərək fotosunun çəkildiyini görən M.Aslanov avtomobilə yaxınlaşmaq istəyərkən ona tərəf silah tuşlanıb.

Avtomobildə iki kişi, bir qadın olub. Atəş açılmasından ehtiyat edərək kafe qapısında daldalanan jurnalistin bir müddət sonra avtomobilə yaxınlaşmaq istəyəndə yenidən fotosu çəkilib. Avtomobil hadisə yerindən uzaqlaşıb. Jurnalist hadisə ilə bağlı Ukrayna polisinin “102” xidmətinə və Azərbaycanın Ukraynadakı səfirliyində Daxili İşlər Nazirliyinin nümayəndəsinə məlumat verib.

Buna baxmayaraq, jurnalist növbəti günlərdə də izlənməsini hiss edib və noyabrın 23-ü gecəyə doğru, yaşadığı yerə qayıdarkən “Bassseyn” küçəsi ilə “Şota Rustaveli” küçəsinin kəsişməsində yenə, - bu dəfə üz-üzə naməlum şəxs tərəfindən qarşısı kəsilərək fotoları çəkilib. Naməlum şəxs ondan kim olması ilə bağlı suallara cavab verməyərək hadisə yerindən qaçaraq uzaqlaşıb.

Bu gün, noyabrın 26-sı səhər saat 10:00-da isə həmin əraziyə yaxın, “Espaladnaya” küçəsi 20 ünvanında səki ilə gedərkən yolunun üstündə dayanan “Jeep” markalı avtomobilin qəflətən arxa qapısı açılıb, naməlum şəxs əlindəki avtomatı M.Aslanova tuşlayaraq barmağı ilə “Sus!” işarəsi verib. Jurnalist ondan “Siz kimsiniz? Nə istəyirsiniz?” sualı verərək yaxınlaşan zaman şəxs qapını bağlayıb.

M.Aslanov avtomobilə yaxınlaşaraq qapını açmaq istəyəndə kənarda hündürboy, eynəkli bir şəxs onun qolundan tutaraq “Sizə dedilər axı, susun!” deyərək onu kənara itələyib və həmin avtomobilə əyləşərək oradan uzaqlaşıb.

Bununla bağlı Azərbaycan diasporunun hüquqi və təşkilati dəstəyi ilə Kiyev şəhər “Peçerskiy” rayon polisinə müraciət olunub, Ukrayna Cinayət Məcəlləsinin 129-cu (Ölümlə hədələmə) maddəsi ilə “EO 57636” nömrəli cinayət işi qaldırılıb, həmin şəxslərin araşdırılması aparılır.

İlkin araşdırmalar nəticəsində, noyabrın 20-də jurnalisti təqib və təhdid edən “Şkoda” markalı avtomobilin həmin gün hərəkət istiqamətləri müəyyənləşdirilib, avtomobilin bütün günü M.Aslanovu təqib edib, onun olduğu yerlərdə saatlarla jurnalisti gözlədiyi məlum olub.

Qeyd edək ki, uzun illərdir Ukraynadakı diaspor fəaliyyətini və ölkənin ictimai-siyasi həyatını işıqlandıran M.Aslanov dəfələrlə bu ölkədə olsa da indiyə qədər belə bir hal ilə rastlaşmayıb. Jurnalist Ukraynada baş verən münaqişə zamanı da oradakı ictimai-siyasi vəziyyəti işıqlandırmaq üçün ezam olunmuş və peşə fəaliyyətinə heç bir maneə görməyib.

Bu dəfə M.Aslanov Ukraynanın Ali Radasının (parlament) deputatları, Nazirlər Kabinetinin bir sıra nazirləri, ölkənin ictimai-siyasi xadimləri, deputatları və sair ilə Ukrayna və Azərbaycan arasında münasibətlərin inkişafını əks etdirən müsahibələr, yazılar hazırlamaq məqsədi ilə ezam olunub.скачать dle 11.3
Mojo.az Banner