Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:41 Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq: "Babəli Türkiyədə saxta pul alverinə girişib" | 11:38 Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama | 11:25 Lionel Messiyə dair sensasion transfer iddiası | 11:23 Bəzi həkimlərə xüsusi rütbələr veriləcək | 11:21 Mərkəzi Bankın keçmiş baş direktoruna yeni vəzifə verildi | 22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda kanalizasiyadan heyvan başları çıxarıldı - VİDEO

20.11.2018 12:59 4 323
Bakıda kanalizasiyadan heyvan başları çıxarıldı - VİDEO
Bakının Biləcəri qəsəbəsində kanalizasiyadan çoxsaylı kəsilmiş heyvan başları çıxıb.

Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

O bildirib ki, Biləcəri qəsəbəsinin Füzuli küçəsindən keçən 1000 mm diametrli kanalizasiya kollektordan kəsilmiş heyvan başları və digər bərk məişət tullantıları çıxarılıb:

“Həmin ərazidə kanalizasiya quyusundan çirkab suların qaynaması barədə “Azərsu” ASC-yə müraciət daxil olduqdan sonra baxış keçirilib, əraziyə xətləri yüksək təzyiqlə yuyan xüsusi təyinatlı maşın və digər mexanizmlər cəlb olunub.

Bütün səylərə baxmayaraq, kollektorda baş verən tutulmanı açmaq mümkün olmayıb. Sonra kollektorun 4 metr dərinlikdən keçən hissəsinin üzəri açılıb, dəmir-beton boru iki yerdən sındırılaraq xəttin içərisinə müdaxilə olunub.

Tutulma baş verən hissədən bir-birinə və borunun divarlarına pərçim olunmuş kəsilmiş heyvan başları, çoxlu sayda sement kisələri, hər birinin uzunluğu bir metrdən çox olan iki taxta parçası, digər bərk məişət tullantıları çıxarılıb və çirkab suların normal axını təmin edilib. Biləcəri qəsəbəsi Füzuli küçəsində kollektorun təmzilənməsi üç gündən artıq vaxt aparıb”.

Qurum rəsmisi onu da bildirib ki, heyvan kəsimi ilə məşğul olanlara, eləcə də, əhalinin diqqətinə bir daha çatdırıb ki, kanalizasiya xətləri tullantı suların axıdılması üçün nəzərdə tutulub, ora hər hansı bərk məişət tullantıların atılması yolverilməzdir:

“Belə hallar kollektorlarda tez-tez tutulmalara, yolların, həyətlərin və ətraf ərazilərin çirkab suların altında qalmasına səbəb olur”.//oxu.az


Son xəbərlər