Mojo.az Banner
23:02 Azərbaycanda vergi borcları 4 milyardı keçib  |     22:57 ABŞ məhkəməsi Ağ Evdə bal zalının tikintisini danyandırmağa dair qərar verib  |     22:31 İspaniya klubu Zidanın oğlu ilə müqaviləni vaxtından əvvəl dayandırdı  |     22:19 Vəkil İlqar Həmidov həbs edildi  |     22:13 Ravil Tağıyev vəzifəsindən AZAD EDİLDİ  |     21:54 Heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlanıb (Video)  |     21:52 İranda hərbçilərin olduğu ərazidə güclü PARTLAYIŞ: Ölənlər var  |     21:18 Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib?  |     21:17 Laçında yaşayış evlərinin yaxınlığında YANĞIN  |     21:13 Bakı və Zəngilanda ağaclar qanunsuz kəsilib  |     21:11 Cəbrayılda iki kənddə yanğın: FHN hərəkətə keçdi  |     20:33 Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu  |     20:31 Abşeronda evdən qızıllar oğurlandı: Ustalar tutuldular  |     20:30 "Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi  |     19:15 Trampdan xəbərdarlıq: "Demokratlar seçilsə, son respublikaçı prezident mən ola bilərəm"  |     19:05 Ağdaşda 17 yaşlı qıza toy etmək istədilər: POLİS MÜDAXİLƏ ETDİ  |     18:59 Rusiya Ukraynanın neft-qaz obyektlərinə kütləvi zərbələr endirdi  |     18:35 KMBİ: İki mindən çox xarici sayta qanunsuz müdaxilə edən şəxslər tutulublar - VİDEO  |     18:30 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     17:28 Hava ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, dolu düşəcək  |    
Left Banner
Right Banner

Badamdar sürüşmə zonasından xəbər var

25.09.2019 13:43 1 542
Badamdar sürüşmə zonasından xəbər var
Oktyabr ayında Badamdar qəsəbəsində sürüşmə zonası kimi tanınan ərazidə su və kanalizasiya sistemərinin yenidən qurulmasına başlanılacaq.

Bu barədə oxu.az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

O bildirib ki, Badamdar qəsəbəsi, üçüncü massiv ərazisində həm su, həm də şəbəkələrinin tikintisi ilə bağlı layihələndirmə işlər yekunlaşıb:

“Ərazidə layihələndirmə işləri, demək olar ki, başa çatıb. Oktyabr ayında Badamdar qəsəbəsinin sürüşmə zonası ərazisində su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılacaq. Layihəyə əsasən, ərazidə 23 km-ə yaxın kanalizasiya, 12 km-ə qədər isə su xətlərinin çəkilişi nəzərdə tutulub.

Kanalizasiya xətlərinin tikintisində 200-800 mm diametrli, su xətlərində isə diametri 225-63 mm-lik borulardan istifadə olunacaq. İşlərin yekununda ərazidə yerləşən evlərin hər birinə birləşmə veriləcək və sayğaclar quraşdırılacaq. Düşünürük ki, oktyabr ayında başlanacaq layihə 2020-ci ildə tam yekunlaşacaq”.скачать dle 11.3
Mojo.az Banner