Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Deputat Adil Əliyevdən 30 min rüşvəti hansı icra başçısı istəyib?

15.11.2018 22:53 3 467
Deputat Adil Əliyevdən 30 min rüşvəti hansı icra başçısı istəyib?
“Vəzifə anlayışı hər kəs üçün fərqlidir. Vəzifəyə oturan insan artıq göylərlə əlləşir”.

Bu sözləri musavat.com-un canlı yayımına qatılan deputat Adil Əliyev deyib.

Onun sözlərinə görə, vicdanlı və öz işinin öhdəsindən layiqincə gələn məmurlar var: “Hansılar ki, kişi kimi bu dövlətə xidmət edirlər. Cənab prezident nə etməlidir? Bu məmurları vəzifəyə təyin edib. İcra başçısı var ki, mənim özümdən bir qapının açılması üçün 30 min manat pul istəyir. İnsanlarımız bu gün müxtəlif problemlərlə müraciət edirlər. Dostumuz, sinif yoldaşımız, əsgərlik yoldaşımız, qohumumuz var. Çevrəmiz genişdir. Bu və ya digər problem üçün bizə müraciət edirlər. Amma bir icra başçısı məndən, millət vəkilindən bir qapının açılması üçün 30 min manat istəyirsə, gör sadə vətəndaşdan nə istəyir?”

A.Əliyev sözügedən icra başçısının adını çəkməsə də, onun cəzalandırılması üçün müvafiq qurumlara müraciət etdiyini dedi. Müsahibimiz millət vəkili olaraq məmura müraciət etməməyə çalışdığını dedi: “Qoy mənim dostum məndən incisin. Amma mən məmurlara müraciət etməməyə çalışıram. Vicdanlı məmurlar da çoxdur, aralarında. Millət vəkillərinin sorğusuna da cavab verirlər. Vətəndaşların problemlərinə də həssaslıqla yanaşırlar. Amma arada olan bu insanlar məmur adına da ləkə gətirir”.

Deputat söhbət zamanı zaman-zaman mətbuatda barəsində yayılan söhbətlərə də aydınlıq gətirdi. Xüsusən də Çexiyada özünə mülk alması iddialarından danışan A.Əliyev aşağıdakıları vurğuladı: “Bəzən böyük maliyyə maxinasiyalarını, dövlətin malına göz dikənləri bir kənara qoyub deyirlər ki, filankəs özünə ev alıb xaricdə. Bu gün maşın alverçisi də ev alır, ev alverçisi də maşın alır. Mənim haqqımda da deyirdilər ki, Çexiyada ev alıb. Adil Əliyev nə vaxt dövlətin cibinə girdi, nə vaxt büdcəni taladı? Çexiyada ikiotaqlı ev almaq Sulutəpədən ucuzdur. Bu gün ev alqı-satqısı ilə məşğul olan istənilən adam özünə nəinki Çexiyada, Londonda da ev ala bilər. Mən bu gün adamlar tanıyıram ki, ev alveri, maşın alveri ilə məşğul olurlar, heç bir savadları da yoxdur, amma millət vəkillərindən daha yaxşı imkanlara malikdir. Kim deyir ki, özünə ev tikib satmaq biznesdir? Mən özümə ev tikib satıram. Bu, nə vaxtdan biznes olub? Burda bahalaşıb, gedib o biri tərəfdə almışam. Sonra o tərəfdə də ev bahalaşıb, o biri tərəfdə almışam. Mən nə vaxt şirkət qursam, özümə işçilər tutsam, onlara məvacib versəm, onda deyərlər ki, mən biznes qurmuşam”.

Son xəbərlər