Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Xırdalanda qanlı şpris başlıqlarının tapılmasına - RƏSMİ MÜNASİBƏT

13.11.2018 13:25 6 146
Xırdalanda qanlı şpris başlıqlarının tapılmasına - RƏSMİ MÜNASİBƏT
Daxili İşlər Nazirliyi bəzi KİV-də Xırdalan şəhərindəki parkda qanlı şpris başlıqlarının aşkarlanması barədə yayılan məlumatlara münasibət bildirib.

Median.Az
Report-a istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, parklardan birindəki oturacaqlara sancılmış qanlı şpris başlıqlarının aşkarlanmasını əks etdirən fotolar yayılandan dərhal sonra müvafiq araşdırma aparılıb və nəticədə məlum olub ki, qeyd olunan fotonu Bakı şəhər sakini olan bir nəfər xarici dövlətlərdən birində yaşayan başqa bir şəxsin səhifəsindən götürərək öz “Instagram” səhifəsində paylaşıb:

“Sonradan ucuz reytinq arxasınca qaçan bəzi aztanınan saytlarımız həmin fotoları götürərək öz səhifələrində yerləşdiriblər və iddia ediblər ki, guya bu şəkillər Abşeronda – daha dəqiq, Xırdalanda yerləşən parklardan birində çəkilib. Həmin fotoların hansı ölkədə çəkildiyi də müəyyən edilib.

Belə ki, araşdırmalar zamanı o da məlum olub ki, fotolar hörmət əlaməti olaraq adını çəkmək istəmədiyim başqa bir dövlətin ərazisində çəkilib və bir müddət əvvəl də elə həmin ölkənin mətbuatında dərc edilərək geniş müzakirə olunub.

Sensasiya arxasınca qaçan bəzi saytlarımız isə bilərəkdən heç bir dəqiqləşdirmə aparmadan bu fotoların guya Abşeronda çəkildiyini bildirərək əhali arasında çaşqınlıq və vahimə yaratmağa cəhd göstəriblər ki, bu da ən azından, təəssüf doğurmaya bilməz”.

Son xəbərlər