Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtobus sürücüsünün qayda pozuntusunu aşkarlayanlar hədiyyə qazanacaq

12.11.2018 16:09 2 269
Avtobus sürücüsünün qayda pozuntusunu aşkarlayanlar hədiyyə qazanacaq
Bakı şəhərindən sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Xaliq Faiqoğlu” şirkəti yeni layihəyə başlayıb.

Sosial şəbəkələr vasitəsilə sərnişinlərlə şirkət arasında qarşılıqlı dialoqun qurulması və ən əsası təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi məqsədilə yeni sosial layihəyə start verib.

Aksiyanın keçirilməsində əsas məqsəd şirkətin istismarında olan və elektron ödəniş sistemində (Bakı Kart) fəaliyyət göstərən marşrut xətləri üzrə (18, 52, 61, 65, 79, 85, 96, 135 və 199 ) sürücülərin fəaliyyətinə nəzarətin gücləndirilməsi, sürücülər tərəfindən yol verilən qayda pozuntularını aşkar edən sərnişinlərin mükafatlandırılmasıdır.

Belə ki, siyahıda qeyd olunan marşrut xətlərində qayda pozuntusu (dayanacaqdan kənar saxlama, sürət həddi, sükan arxasında siqaret və mobil telefondan istifadə, sərnişinlərlə kobud davranış,

dayanacaqda saxlamama və.s.) aşkar edən hər bir sərnişin və ya digər vətəndaşlar bu barədə şirkətin rəsmi whatsapp nömrəsinə +99455 455 8500 eləcə də facebook (www.facebook.com/xaliq.faiqoglu2002/) və ya instagram səhifəsinə (www.instagram.com/xaliqfaiqoglu/) hadisənin yerini, vaxtını, avtobusun dövlət qeydiyyat nömrəsini qeyd etməklə göndərə bilər.

Daxil olan müraciətlərin düzgünlüyü “Xaliq Faiqoğlu” MMC-nin mərkəzi müşahidə şöbəsi tərəfindən kamera görüntüləri ilə yoxlanıb, təsdiq olunduğu təqdirdə həmin qayda pozuntusunu aşkar edən sərnişinə içərisində müəyyən məbləğdə gediş limiti olan “BakıKart” və ya “Safastore” supermarketdən alış-veriş kuponları (hədiyyə) təqdim olunacaqdır.

Qeyd edək ki, “Xaliq Faiqoğlu” MMC “SAFA Holding” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. 15 ildən artıqdır Bakıda sərnişindaşıma fəaliyyəti göstərən MMC xidmətini müasir standartlar çərçivəsində həyata keçirir.

Son xəbərlər