Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Tütündən istifadə edən 235 avtobus sürücüsü barədə protokol tərtib edilib - RƏSMİ

11.03.2020 16:56 1 302
Tütündən istifadə edən 235 avtobus sürücüsü barədə protokol tərtib edilib - RƏSMİ
2019-cu il ərzində Bakı Nəqliyyat Agentliyinə müntəzəm marşrut xətləri ilə bağlı 8382 şikayət xarakterli müraciət daxil olub. 407 avtobus sürücüsü barəsində protokol tərtib edilib ki, bunların 235-i sürücülərin tütündən istifadəsi ilə bağlıdır.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Oxu.Az-ın son günlər sərnişinlərin müntəzəm marşrut xətləri ilə bağlı artan şikayətləri ilə əlaqədar sorğusunu cavablandırarkən deyib.

Onun sözlərinə görə, bütün bunlara səbəb olan birinci amil peşəkar sürücü çatışmazlığıdır:

“Bu gün avtobus sürücüləri ilə bağlı mövcud mənzərənin əsas səbəbkarları sərnişindaşıma şirkətləridir. Həmin daşıyıcılar sürücüləri gün ərzində 8 saatdan artıq işlədir. Bunun özü artıq çox ciddi qanun pozuntusudur. Hər gün səhər 6:00-dan axşam saat 22:00, 23:30 və ya daha gec müddətə qədər sükan arxasında əyləşən sürücüdən biz hansı peşəkarlığı, təhlükəsiz idarəetməni və ya nəzakətli davranışı tələb edə bilərik?

2019-cu il ərzində Bakı Nəqliyyat Agentliyinin qaynar xəttinə müntəzəm marşrut xətləri ilə bağlı rəsmi 8382 şikayət xarakterli müraciət daxil olub. Şikayətlər əsasında aparılan araşdırmalar zamanı 407 avtobus sürücüsü barəsində protokol tərtib edilib ki, protokolların 235-i sürücülərin tütündən istifadəsi ilə bağlıdır. Şikayətlər arasında sürücülərin yol hərəkəti və sərnişinlərlə etik davranış qaydalarının pozulması halları, marşrut xəttindən yayınma, dayanacaqdan kənar saxlama, hərəkət cədvəli və sxemlərinə riayət edilməməsi, müəyyən edilən tarifdən artıq gediş haqqının alınması və audiocihazlardan istifadə halları ilə bağlı məqamlar yer alır”.

M.Ağayev onu da əlavə edib ki, Bakı Nəqliyyat Agentliyi bu gün öz səlahiyyətləri çərçivəsində bu məsələnin həlli istiqamətində zəruri tədbirlər görür:

“Sürücülərin peşəkarlığını artırmaq məqsədilə onları təlimlərə cəlb edirik. Məlumat üçün bildirim ki, 2019-cu ildə 1066 nəfər sürücü təlimlərə cəlb olunub. “BakuBus” yaranan zaman avtobuslar xaricdən alınıb. Sürücülər isə, təbii ki, öz vətəndaşlarımız olub. Onlar daha əvvəl başqa marşrut xətlərində, başqa daşıyıcılarla əməkdaşlıq edirdilər. Digər daşıyıcılardan fərqli olaraq, “BakuBus”da sürücülərin işə qəbulunda "Əmək Məcəlləsi"nin bütün tələblərini nəzərdə saxlanır, iş və istirahət vaxtları düzgün bölüşdürülür, onlar gündəlik plan verməyə məcbur edilməyib.

Bəzən marşrut avtobuslarının istismarının “BakuBus”a verildiyi zaman əvvəlki daşıyıcının işə götürdüyü sürücülərin işsiz qalacaqlarına dair məlumatlar yayılır. Bu qətiyyən belə deyil. Qanunvericiliklə müəyyən olunan tələblərə cavab verən sürücülər “BakuBus”da işlə təmin olunacaq və sürücü kimi fəaliyyətlərini orda daha rahat formada davam etdirəcək”.скачать dle 11.3
Mojo.az Banner