Mojo.az Banner
16:39 10 ayda xarici ticarət dövriyyəsi 40 milyard dollara çatıb  |     16:24 Dövlət Gömrük Komitəsinin daha iki əməkdaşı HƏBS OLUNDU (YENİLƏNİB)  |     16:16 Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın məhkəməsi başlayıb  |     15:48 Eldar Əzizovun ailəsinə AĞIR İTKİ  |     15:45 İtkin düşən balıqçıların axtarışına helikopter cəlb olundu  |     15:41 Sabah bu yollar bağlı olacaq - SİYAHI  |     14:26 Saqqızdan zəhərlənən şagirdlərlə bağlı AQTA-dan AÇIQLAMA  |     14:03 5 aptekdə nöqsanlar aşkarlandı  |     13:50 Azərbaycanda siqaretin qiyməti bahalaşacaq  |     13:48 Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı  |     13:47 Bakıda neft quyusu yaxınlığında yanğın  |     13:36 Azərbaycanın üç boksçusu dünya çempionatında yarımfinala yüksəlib  |     13:36 "Şərurlu İsfəndiyar"ın məhkəməsində Ramiz Mehdiyevin də adı hallanır: Vəkil etiraz etdi  |     13:35 Rusiyada universitetdə partlayış: Ölənlər və yaralananlar var  |     13:33 Fəaliyyəti dayandırılan "Paysis"in tutulan rəhbərinin əmlakına HƏBS QOYULDU (Yenilənib)  |     13:31 Paşinyan: "Əminəm ki, Azərbaycan nümayəndə heyətləri yaxın gələcəkdə Ermənistana səfər edəcəklər"  |     13:30 Azərbaycanı Türkmənistanın bitərəfliyinin tanınmasının ildönümü ilə bağlı tədbirlərdə Baş nazir təmsil edəcək  |     13:28 İrandan Azərbaycana 53 kiloqram narkotiki keçirmək istəyən şəxs TUTULDU  |     13:28 Masazırda məktəbin qarşısında lük problemi: "Neçə nəfər ora düşüb, ağzını bağlamırlar" (Video)  |     13:22 Gümüşün qiymətində tarixi rekord  |    
Left Banner
Right Banner

Soyuq aylarda uşaqları burun, boğaz, qulaq və tənəffüs yolu xəstəliklərindən necə qorumaq olar? – RƏY

09.11.2018 17:13 2 209
Soyuq aylarda uşaqları burun, boğaz, qulaq və tənəffüs yolu xəstəliklərindən necə qorumaq olar? – RƏY
Payız-qış mövsümündə daha çox yuxarı tənəffüs yollarının, eləcə də xroniki xəstəliklərin kəskinləşməsi baş verir. Xüsusilə də burun, boğaz, qulaq və tənəffüs yolu xəstəliklərinə xas olan kəskinləşmələr qeydə alınır. Bu hala, əsasən, azyaşlılar arasında sıx rast gəlinir.

Mütəxəssislər “Report”a soyuq aylarda bu cür xəstəliklərdən necə qorunmağın yollarını açıqlayıblar.

Azərbaycan Tibbi Universitetinin I Uşaq xəstəlikləri kafedrasının müəllimi, həkim-pediatr Nigar Sədiyeva bildirib ki, yuxarı tənəffüs yolları burun dəliklərinin başlanğıcından səs tellərinə qədər olan bölgədir: “Bu orqanların infeksiyaları uşaqlarda ən çox rast gəlinən infeksiyalardır. Bu da xüsusilə qış aylarında özünü çox büruzə verir”.

Onun sözlərinə görə, yuxarı tənəffüs yolları xəstəliklərinə zökəm, faringit, laringit, badamcıqların iltihabı, otit və sinusit aiddir: “Uşaqlarda bu sahədə ən çox rast gəlinən səbəb viruslardır (rinoviruslar, adenoviruslar və influenza-qrip virusu). Bakteriyalar isə artıq ikinci plandadır. Bakteriyalardan stafilakokk və streptokokk infeksiyaları valideynlərə daha çox tanışdır. Streptokokk infeksiyaları düzgün müalicə edilməzsə, revmatik qızdırma və diffuz poststeptokokk qlomerulonefritə səbəb olur”.

Həkim-pediatr həmçinin yuxarı tənəffüs yolları infeksiyalarının əlamətlərini də açıqlayıb: “Xəstədə asqırma, öskürmə, qızdırma, halsızlıq, yorğunluq, başağrısı, bəzən də qulaq və boğaz ağrısı olur. Gözlərdə və ağzın içində qızartı müşahidə olunur. Burundan əvvəl şəffaf, sonra qatı ifrazat gəlir. Bu kimi hallarda xəstəyə istirahət təyin olunmalı və bol maye qəbulu məsləhət görülür. Qızdırmasalıcı və ağrıkəsici təsirli preparatlar, burun açıcı və öskürək siropları həkim təyinatına əsasən istifadə edilir. İkincili bakterial infeksiya varlığında və ya boğazdan yaxmada bakteriyalar aşkarlandıqda antibiotik təyin edilir. Aşağı tənəffüs yollarına keçərək bronxit və ya pnevmaniyaya səbəb ola bilirlər. Bu virusun inkişafı və ya allergik orqanizm səbəbindən ola bilər. Xışıltılı tənəffüs eşitdikdə dərhal həkimə müraciət edilməlidir. A qrup streptokokk infeksiyaları yetərli müalicə edilməzsə, revmatik ürək və ya böyrək xəstəliyinə səbəb ola bilir”.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Otorinolarinqologiya bölməsinin rəisi, Silahlı Qüvvələrin Baş otorinolarinqoloqu Elnur Əkbərov “Report”a açıqlamasında deyib ki, payız-qış mövsümündə xroniki sinusitlər, rinitlər, allergik sinusitlər, allergik rinitlərdə kəskinləşmələr olur: “Xəstəliklərin kəskinləşmə şiddəti və müddəti orqanizmin immun sisteminin aktivliyindən, fəslin nə qədər ağır keçməsindən birbaşa asılıdır. Misal olaraq, payız fəslində temperatur nə qədər aşağı düşürsə, kəskinləşmə uzunmüddətli, eləcə də şiddətli olur”.

Onun sözlərinə , xroniki xəstəliklərin kəskinləşməsi və fəsad vermə ehtimalları daha çox yaşlılarda və uşaqlarda olur: “Bu, yaşlı insanlarda, immun sisteminin zəifləməsi və paralel şəkildə gedən digər xəstəliklərlə əlaqəlidirsə, azyaşlılarda problem daha çox immun sisteminin tam qurulmadığı, kollektivlə sıx təmasın olmasına görə xəstəliklərin yayılması və digər üst tənəffüs yolları xəstəliklərinin fonunda xroniki xəstəliklərin kəskinləşməsinin çoxalması ilə bağlıdır. Gənclər və orta yaş təbəqəsi nümayəndələrində həyat tərzi mühüm rol oynayır. Belə ki, bir çox insan gündəlik sağlam həyat tərzinə əməl etmir. Düzgün qidalanmamaq da, öz növbəsində, immun sisteminin zəifləməsinə və təbii olaraq xroniki xəstəliklərin kəskinləşməsinə, eləcə də kəskinləşmənin ağır keçməsinə şərait yaradır”.скачать dle 11.3