Mojo.az Banner
17:23 Bakıda "UFC Fight Night Baku" turnirinə start verildi  |     17:06 Qran-pri: Hidayət Heydərov bürünc, Zelim Tçkayev qızıl medal qazandı  |     16:32 Bakıda boğazı kəsilən gənc oğlan hotelə gələrək kömək istəyib  |     15:46 Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)  |     15:41 Azərbaycanda kiçik məbləğli onlayn kreditə tələb artır  |     15:37 Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində yaşayış məntəqəsini nəzarətə götürdülər  |     14:54 Bakıda fəlsəfə doktoru VƏFAT ETDİ - FOTO  |     14:47 Yağışlı hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ  |     14:46 Azərbaycan nefti 3 dollardan çox UCUZLAŞDI  |     14:42 AZAL Naxçıvan reyslərini ləğv etdi - SƏBƏB  |     13:42 Kimlər təyyarə ilə uçmamalıdırlar? - Mütəxəssis riskləri açıqladı  |     13:41 Pakistanda zəlzələ olub  |     13:41 Leyla və Arzu Əliyevalar "CandyFest" yay festivalını ziyarət edib, "Sehrli mirvari" su sirki şousunu izləyiblər - FOTO  |     13:38 Leyla və Arzu Əliyevalar Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO  |     13:36 Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO  |     13:28 "Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"  |     13:17 Azərbaycanın bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA  |     23:00 Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılıb?  |     22:59 İran FIFA-ya xəbərdarlıq etdi: "Komandanı dərhal meydandan çıxaracağıq"  |     22:28 Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib (FOTO)  |    
Left Banner
Right Banner

Prezident Amaliya Pənahovanın vəfatı ilə bağlı nekroloq imzaladı

08.11.2018 17:21 2 338
Prezident Amaliya Pənahovanın vəfatı ilə bağlı nekroloq imzaladı
Prezident İlham Əliyev xalq artisti Amalya Pənahovanın vəfatı ilə bağlı nekroloq imzalayıb.

Nekroloqda Azərbaycan mədəniyyətinə ağır itki üz verdiyi qeyd olunur:

"Müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amalya Əliş qızı Pənahova 2018-ci il noyabr ayının 8-də ömrünün 74-cü ilində vəfat edib.

Zəngin yaradıcılıq axtarışları sayəsində milli teatr və kino sənətinə dəyərli töhfələr vermiş Amalya Pənahova müasir Azərbaycan mədəniyyətində özünəməxsus layiqli yer tutur. Azərbaycan teatrının parlaq ənənələri zəminində formalaşan və bu irsə həmişə sadiq qalan sənətkar gözəl ifa tərzi və yüksək səhnə mədəniyyəti ilə qısa müddət ərzində teatr və kino həvəskarlarının rəğbətini qazanmış, sənətsevərlərin qəlbinə yol tapmışdır. İfadəli səs tembrinə malik istedadlı aktrisanın milli və dünya dramaturji irsinə müraciət edərək teatr səhnəsində böyük məharətlə canlandırdığı çox sayda yaddaqalan obrazlar öz təbiiliyi, həyatiliyi və lirik-psixoloji dərinliyi ilə səciyyələnir. Onun sənətkar olaraq müasirlərin daxili aləminə peşəkarlıqla nüfuz etmək bacarığı mütəxəssislər tərəfindən təqdirlə qarşılanıb.

Amalya Pənahovanın televiziya tamaşalarında yaratdığı unudulmaz personajlar milli televiziyanın fondunda diqqətəlayiq sənət nümunələri kimi qorunub saxlanmaqdadır. Kinofilmlərdəki müxtəlif səpkili rolları aktrisanın bu sənətin incəliklərinə dərindən bələd olduğunu aydın təcəssüm etdirir. Amalya xanımın ekran həyatı bəxş etdiyi dolğun və bitkin surətlər sırasında tarixi-mədəni keçmişimizlə bağlı qadın obrazları Azərbaycan kinematoqrafiyasının nailiyyətlərindən sayılır.

Teatr sənətini pedaqoji fəaliyyətlə uğurla əlaqələndirən Amalya Pənahova respublikada gənc aktyorların yetişdirilməsi üçün böyük əmək sərf etmişdir. O, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.

Amalya Pənahovanın Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər lazımınca qiymətləndirilmişdir. O, bir sıra mükafatlara və fəxri adlara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından "Şöhrət” və "Şərəf” ordenləri və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Tanınmış sənətkar, teatr təşkilatçısı, pedaqoq və səmimi insan Amalya Pənahovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

İlham Əliyev

Mehriban Əliyeva

Novruz Məmmədov

Oqtay Əsədov

Ramiz Mehdiyev

Əli Əhmədov

Fərəh Əliyeva

Əbülfəs Qarayev

Ceyhun Bayramov

Anar Rzayev

Eldar Quliyev

Azər Paşa Nemətov

Rasim Balayev

Şəfiqə Məmmədova

Hacı İsmayılov

Nurəddin Quliyev

Mərhumun cənazəsi vidalaşmaq üçün 2018-ci il noyabrın 9-da saat 11.00-dan 13.00-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında qoyulacaq (Füzuli meydanı, 1)".скачать dle 11.3
Mojo.az Banner