Mojo.az Banner
22:59 Davamlı olaraq nəvəyə baxmaq yaşlı insanlarda depressiyaya səbəb ola bilər  |     22:53 ABŞ-da Tarixi Qış Fəlakəti: Ölənlərin sayı artdı  |     22:46 Xanım sahibkarın ölkədən çıxışına "stop" qoyuldu: 800 minlik borc  |     22:39 Leyla Əliyeva Qretel Agilarla görüşdü - FOTOLAR  |     22:32 Toydan sonra dava düşdü — Vəzifəli şəxsin köməkçisi qonağı döydü: MƏHKƏMƏ  |     22:26 Şeyx Əbdül xəstəxanaya yerləşdirildi  |     22:20 Aptekdən dərman alacaq şəxslərin NƏZƏRİNƏ - Bundan sonra...  |     22:12 Bakıda genişmiqyaslı təmir başlayır - 65 milyonluq LAYİHƏ  |     22:04 Zirəddindən İranla bağlı proqnoz: Apreldə  |     21:55 Onlara işıq pulunda güzəşt edilə bilər  |     21:47 Gülyanaq və Mənsum Özbəkistanda təltif olundu - FOTO  |     21:40 Reklamlarda uşaqlarla bağlı dəyişiklik nə vəd edir? – RƏSMİ  |     21:31 Trampdan Venesuela ilə bağlı yeni tapşırıq  |     21:24 Tikinti şirkəti ilə vətəndaş arasında qalmaqal: "Xəbərdarlıq da etmədilər"  |     21:17 Şahruddindən maraqlı paylaşım — FOTO  |     21:11 Bu şəxslərə çuğundur YEMƏK OLMAZ  |     21:03 Almaniya səfiri İran XİN-ə çağırıldı  |     20:57 Azərbaycanın ən gənc generalı oldu  |     20:37 "Avroviziya"nın aparıcıları onlar olacaq  |     20:30 Goranboyda iki avtomobil toqquşdu, xəsarət alanlar var  |    
Left Banner
Right Banner

İlham Əliyev Rafael Dadaşovun vəfatı ilə əlaqədar nekroloq imzaladı

17.03.2020 16:22 1 832
İlham Əliyev Rafael Dadaşovun vəfatı ilə əlaqədar nekroloq imzaladı
Prezident İlham Əliyev Xalq artisti Rafael Dadaşovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb.

Nekroloqun mətni AZƏRTAC-da dərc olunub.

“Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Milli teatr və kino sənətinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, respublikanın Xalq artisti Rafael Məlik oğlu Dadaşov 2020-ci il mart ayının 16-da ömrünün 75-ci ilində vəfat etmişdir.

Rafael Dadaşov 1946-cı il yanvarın 4-də Zaqatala rayonunda anadan olmuşdur. O, Naxçıvan şəhərində orta məktəbi bitirdikdən sonra, 1966–1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif işi fakültəsində ali təhsil almışdır. 1967-ci ildən etibarən əmək fəaliyyətinə başlayan Rafael Dadaşov 1974-cü ilədək olan dövr ərzində Bakı Dövlət Sirkində, Naxçıvan Muxtar Respublikası Mahnı və Rəqs Ansamblında və Ümumittifaq Sirkində müxtəlif vəzifələrdə çalışmış, 1974–1976-cı illərdə Naxçıvan Muxtar Respublikasında Xalq Yaradıcılığı Evində təlimatçı olmuş, eyni zamanda, oranın Televiziya və Radio Komitəsində direktor işləmişdir.

1976-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında aktyor kimi yaradıcılıq yoluna başlayan Rafael Dadaşov burada aparıcı səhnə ustası olaraq sənət fəaliyyətini ömrünün sonunadək davam etdirmişdir.

Rafael Dadaşovun aktyorluq yaradıcılığı müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutur. Ekranda və səhnədə canlandırdığı, təbiiliyi və inandırıcılığı ilə səciyyələnən rəngarəng xarakterli qəhrəmanlar onu sənətin incəliklərini dərindən mənimsəmiş yüksək səhnə mədəniyyətinə malik aktyor olaraq geniş tamaşaçı auditoriyasına sevdirmişdir.

Rafael Dadaşov teatr aləminə qədəm qoyduğu ilk vaxtlardan sənətsevərlərin qəlbinə yol tapmağa müvəffəq olmuşdur. O, Akademik Milli Dram Teatrının səhnəsində uzun illər ərzində müvəffəqiyyətlə çıxış edərək yüzə yaxın müxtəlif xarakterli yaddaqalan obrazlar qalereyası yaratmışdır. Sənətkarın klassik və müasir Azərbaycan ədəbiyyatına, dünya dramaturji irsinə müraciətlə səhnə həyatı verdiyi bu qəhrəmanlar teatrsevərlərin hafizəsinə həkk olunmuşdur.

Rafael Dadaşov yaradıcılıq potensialını televiziya və kino sahəsində də uğurla nümayiş etdirmişdir. İstedadlı aktyorun bədii filmlərdə və televiziya tamaşalarında məharətlə canlandırdığı obrazlar həmişə özünün fərqli psixoloji-emosional yozumu ilə səciyyələnmişdir. Onun televiziya tamaşalarında yaratdığı personajlar milli televiziyanın fondundakı dəyərli sənət nümunələri sırasında qorunub saxlanmaqdadır.

Rafael Dadaşovun Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər lazımınca qiymətləndirilmişdir. O, 1987-ci ildə respublikanın Əməkdar artisti, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülmüş, 2019-cu ildə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tanınmış sənətkar, qayğıkeş və səmimi insan Rafael Məlik oğlu Dadaşovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Əbülfəs Qarayev

Fərəh Əliyeva

Azər Paşa Nemətov

Şəfiqə Məmmədova

Mərahim Fərzəlibəyov

Rafiq Əzimov

Nurəddin Quliyev

Bəsti Cəfərova

Firəngiz Mütəllimova”.скачать dle 11.3