Mojo.az — elanlar
Son Xəbərlər
12:30 Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü  |     12:28 Gələn il dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq  |     12:23 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"  |     12:20 Naxçıvana ayrılan dotasiya azaldılır  |     12:19 Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü  |     12:14 Xırdalanda evlər dəyərindən aşağı satılır - Qiymətlər açıqlandı - Video  |     12:04 Bu mənzillərdə qaz sobaları və kombilər elektriklə əvəzlənəcək – AÇIQLAMA  |     11:53 Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - FOTO  |     11:49 Bakıda dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri həbsdən buraxıldı  |     11:32 Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb  |     11:11 Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi  |     23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda məktəblərdə cinsi tərbiyə dərsi tədris olunacaq

20.10.2018 14:13 4 642
Azərbaycanda məktəblərdə cinsi tərbiyə dərsi tədris olunacaq
Orta məktəblərdə reproduktiv sağlamlıq haqqında vəsait tədris olunacaq.

Bunu oxu.az-a açıqlamasında kitabın müəllifi Kəmalə Aşumova bildirib.

Onun sözlərinə görə, kitab yoxlanılması və tədris olunması üçün Təhsil Nazirliyinə təqdim olunub:

“Dərsliyin hazırlanmasında nazirliyinin məsləhətçiləri, ekspertləri və Səhiyyə Nazirliyinin məsləhətçiləri - pediatr, psixoloq və ginekoloqlar iştirak ediblər. Tədris vəsaiti “Biologiya” və “Həyat bilgisi” müəllimləri tərəfindən tədris olunacaq. Onlar üçün dərslik hazırlanacaq və o, öyrənmə prosesinə uyğunlaşdırılacaq. Dərsliyin hazırlama prosesi artıq iki ildir ki, davam edir. Bu il bu prosesin yekun işləri bitmək üzrədir. Yeni vəsaitin adı “Reproduktiv sağlamlığın tədrisi” kimi səslənir”.

“Məktəblilərin cinsi inkişaf dərslərinə ehtiyacı varmı?”, - sualına Kəmalə Aşumova cavab olaraq bildirib ki, bu, mübahisəli sualdır:

“Azad bir Avropada yaşamağımıza baxmayaraq, ona birmənalı cavab vermək çətindir. Ancaq gələn ildən başlayaraq, dərsliyin təqdim ediləcəyi ehtimal olunur və müvafiq dərslik, demək olar ki, hazırdır. Bu mövzunun tətbiqi üçün digər ölkələrin təcrübəsinə nəzər saldıq. Dərsliyin tərtibatına töhfə məqsədilə ABŞ-dan dəvət edilmiş beynəlxalq ekspertlər pedaqoqlar və səhiyyə işçilərinə təlimlər keçiblər”.

Kitabın müəllifi qeyd edib ki, noyabr ayından etibarən ölkə məktəblərində reproduktiv sağlamlıq üzrə xüsusi təlimlərin keçirilməsi planlaşdırılır:

“Təlimlər Bakı və regionlarda keçiriləcək. Qeyd edim ki, oğlanlar və qızlar üçün dərslər ayrı-ayrılıqda aparılacaq. 11-12 yaşında yeniyetmələrdə cinsi inkişaf başlayır. Əsas məqsəd ondan ibarətdir ki, onlar düzgün inkişaf etsin.

Erkən nikahlar artıb, uşaqlar zorakılığa məruz qalır. Düşünürəm ki, onların valideyn olarkən cəmiyyətdə sağlam yaşaması böyük əhəmiyyət kəsb edir. Bunun üçün kitabın tədris olunması vacibdir.

Dərsliyin uşaqlara faydası olmayacağını düşünənlər də ola bilər. Bu da, əsasən, cəmiyyətimizin mühafizəkar təbəqələrinin nümayəndələridir. Müasir uşaqlar və yeniyetmələr fiziki cəhətdən çox erkən inkişaf etməyə başlayıb. Fiziologiyaya əlavə olaraq, bu dərs eyni dərəcədə ciddi məsələləri həll edəcək.

Bu, uşaqların əsas ünsiyyət bacarıqları, anlaşma, düzgün qərar vermə, sağlam həyat tərzi, ailə planlaşdırılması və gələcəkdə məsuliyyətli valideyn olmaq üçün yeniyetmələrdə müsbət münasibət formalaşmasına imkan verəcək.

Son zamanlar aparılan tədqiqatlar və müxtəlif təşkilatlar tərəfindən aparılan sorğular gənclərdə reproduktiv sağlamlıq sahəsində fizioloji və gigiyena biliklərinin olmamasını göstərir. Bu məqsədlə də gənclərin düzgün, mənəvi və sağlam formalaşması üçün bu tədrisin tətbiqini vacib hesab edirik”.

Son xəbərlər