Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Tanışına səbəb olmadan 5 bıçaq zərbəsi vuran şəxsə hökm oxunub

20.10.2018 13:19 5 189
Tanışına səbəb olmadan 5 bıçaq zərbəsi vuran şəxsə hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində Əlyar Osmanovun (1976-cı il təv.) CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, bu il martın 7-də Binəqədi rayonu ərazisindən 5 bıçaq yarası ilə Kliniki Tibbi Mərkəzə Xaliq Kələntərov (1980-ci il təv.) çatdırılıb. Həkimlər zərərçəkmiş şəxsin həyatını xilas ediblər. Binəqədi RPİ 7-ci polis bölməsinin əməkdaşları cinayəti törədən Əlyar Osmanovu saxlayıblar. Məlum olub ki, o əvvəllər məhkum olunub.

Məhkəmə nəticəyə gəlib ki, Ə.Osmanovun ittiham olunduğu CM-nin 29.120.1-ci maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməlidir.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Xatırladaq ki, prosesdə ifadə verən zərərçəkmiş Xaliq Kələntərov bildirib ki, Ə.Osmanovla münasibətləri yaxşı olub, hadisə baş verən gün hər ikisi içkili olub və sadəcə aralarında anlaşılmazlıq baş verib, bir-birlərini başa düşməyiblər. Zərərçəkmiş təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını deyib.

Son xəbərlər