Binəqədidə arvadını 18 bıçaq zərbəsi ilə öldürən şəxs 9 il cəza alıb
Median.Az xəbər verir ki, bu il fevralın 11-də Binəqədi rayonun İsfahanlı küçəsindəki evdə yaşayan Tufan Qurbanov arvadı Lalə Qurbanovanı 18 bıçaq zərbəsi ilə qətlə yetirilib.
Cinayəti törətdikdən sonra о, Binəqədi RPİ 4-cü polis bölməsinə təslim olub və həyat yoldaşını namus üstündə törətdiyini bildirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
