Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Hövsanda toyuq mübahisəsinə görə qardaşını öldürən şəxs 9 il 6 ay cəza alıb

14.10.2019 11:57 3 459
Hövsanda toyuq mübahisəsinə görə qardaşını öldürən şəxs 9 il 6 ay cəza alıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Ağamalı Kərimovun CM-nin 120..2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.A
z xəbər verir ki, ötən il oktyabrın 5-də Suraxanı RPİ 30-cu polis şöbəsi və rayon prokurorluğunun əməkdaşları Hövsan qəsəbəsi, Zeytun sovxozu massivində yaşadığı fərdi evdə 20 yaşlı Əbil Kərimovun meyitini aşkar ediblər. Məlum olub ki, gənc oğlan kürəyindən aldığı bıçaq zərbəsi nəticəsində vəfat edib.

Cinayəti törədən mərhumun kiçik qardaşı Ağamalı Kərimov saxlanılıb və istintaqa təhvil verilib. Dindirilmə zamanı o, qardaşı ilə toyuq üstündə mübahisə etdiyini və hadisənin də bu zəmində törətdiyini etiraf edib.


Prosesdə çıxış edən dövlət ittihamçısı A.Kərimova 17 il azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş edib.

Məhkəmə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməli CM-nin 120.2.4-cü maddəsi 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməlidir və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır.

Məhkəmənin hökmü ilə A.Kərimov 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3

Son xəbərlər