Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bir ev uçdu, hasar dağılaraq yola töküldü - Bayıldakı sürüşmənin GÖRÜNTÜLƏRİ - VİDEO

17.10.2018 17:43 2 429
Bir ev uçdu, hasar dağılaraq yola töküldü - Bayıldakı sürüşmənin GÖRÜNTÜLƏRİ - VİDEO
Bayılda daha bir ev dağıldı.

Median.Az
ARB TV-yə istinadən xəbər verir ki, Bayıl qəsəbəsinin Amfiteatr ərazisində Buxta küçəsində yenidən uçqun sürüşmə hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, nəticədə 9 nömrəli ev tamamilə dağılıb, bir neçə evin divarlarında çatlar əmələ gəlib.

Bundan başqa Bibiheybət istiqamətində avtomobil yolunun kənarında qoruyucu divar dağılaraq asfalta tökülüb. Bu prosesin sürüşmə ilə bağlı olub-olmadığı hələlik bildirilmir. Nazirliyin qərərgahından verilən məlumatda bildirilir ki, Badamdar sürüşmə zonasında hadisə ilə əlaqədar uçqunların davam edəcəyi gözlənilir.

Son xəbərlər