Mojo.az Banner
22:57 Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin qəbul nəticələri açıqlanıb  |     22:50 Böyük Britaniyada hava limanları kiberhücuma məruz qalıb  |     22:42 Bərdədə avtomobil evə çırpılıb: Maşını uşağın idarə etdiyi iddia olunur - VİDEO  |     22:36 "Sabah"ın rəqibləri bilindi: İspaniya, İngiltərə, İtaliya və Almaniya nəhəngləri (YENİLƏNİB)  |     22:30 Elnarə Təhməzova tələbə oldu  |     22:23 600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı  |     22:15 Tovuzda 116 min manatlıq "hərrac dələduzluğu"  |     22:07 Sabah çimərliyə gedənlərə xəbərdarlıq  |     21:59 Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü (FOTO)  |     21:53 Nepalda daşqınlarda ölənlərin sayı 350-ni keçib  |     21:46 Makaron yeyənlərə XƏBƏRDARLIQ: ZƏHƏRLİ İMİŞ...  |     21:40 “WhatsApp”dan sevindirici YENİLİK: BUNDAN SONRA...  |     21:31 Göyərtəsində 15 azərbaycanlı dənizçinin olduğu gəmiyə Qara dənizdə dronla HÜCUM EDİLİB - VİDEO  |     21:18 Bakının bu küçələri bağlanır  |     21:10 Hövsanda yanğın başlayıb  |     21:04 Sabah bu rayonların bir hissəsində qaz olmayacaq  |     20:56 Avstraliyada fərqli valideynlərdən olan əkizlər dünyaya gəldi  |     20:50 Avropanı yeni dəhşətli isti dalğası bürüyəcək - 45 dərəcə  |     20:44 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək  |     20:39 Qlobal toyuq istehsalı 20 ildə iki dəfə artıb  |    
Left Banner
Right Banner

Bayılda sürüşmə, ev tamamilə dağıldı

17.10.2018 12:48 4 013
Bayılda sürüşmə, ev tamamilə dağıldı
Bayılda sürüşmə baş verib və nəticədə 9 nömrəli evdə uçqun prosesi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən oxu.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Səbail rayonu, Bayıl qəsəbəsinin Amfiteatr ərazisində Buxta küçəsində riskli zonanın hüdudları daxilində yenidən uçqun tipli sürüşmə hadisəsi baş verib. Sürüşmənin səbəbi təbii amillər deyil, texnogen səbəblərdir:

“Sürüşmə nəticəsində 9 nömrəli evdə uçqun prosesi baş verib və ev tamamilə dağılıb. Yaxınlıqda yerləşən bir neçə evin divarlarında çatlar müşahidə olunur. Qeyd edək ki, ərazi yüksək mailli yamacda yerləşir və yamacın təbii meyilliyi 35-40 dərəcədir.

Həmin yamac pilləli şəkildə kəsilib, tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib. Nəticədə, yamac yüklənib, dayanıqlığı zəifləyib, kommunikasiya xətlərindən sular sızıb, torpaq qatının yuyulması prosesi gedib və bu səbəbdən aşınma və çökmə hadisəsi baş verib.

Ümumiyyətlə bu ərazi sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan bir sahə hesab olunur.

Eyni zamanda, bu gün səhər saatlarında Bibiheybət istiqamətində gedən avtomobil yolunun sağ tərəfində qoruyucu divarın üzərinə vurulmuş üzlük daşları qoparaq asfalt üzərinə tökülüb. Bu proses sürüşmə ilə əlaqədar deyil”.скачать dle 11.3
Mojo.az Banner