Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Suraxanı ərazisində oğurluq törədən 6 nəfər saxlanılıb

11.10.2018 11:22 5 933
Suraxanı ərazisində oğurluq törədən 6 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Suraxanı RPİ 31-ci polis bölməsinin əməkdaşları tərəfindən sentyabrın 27-i gecə saat 3 radələrində Əmircan qəsəbəsindəki evlərin birinin həyətindən su mühərrikini oğurlamağa cəhd göstərən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəfael Hacıyev saxlanılıb. Aparılmış araşdırma zamanı onun daha 3 həyətyanı sahədən
su mühərrikləri oğurlaması müəyyən edilib.

Bundan başqa, Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində bu il aprelin 9-dan iyulun 4-dək olan müddətdə, ümumilikdə 3 evdən qaz sayğacı, soyuducu mühərriki, kosmetik əşyalar oğurlayan Bakı şəhər sakini Şamo Məmmədov saxlanılıb.

DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 30-cu polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayı ərzində
1 evdən və 1 avtomobildən pul və məişət əşyaları oğurlayan Hövsan qəsəbə sakinləri Atamoğlan Cabbarov və Anar Quliyev saxlanılıblar.

Suraxanı RPİ 30-cu polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il mayın 22-də evlərin birindən DVD, televizor, noutbuk və 2 ədəd qızıl üzük oğurlayan Bakı şəhər sakinləri Elmir Qəmbərov və Aqşin Quliyev saxlanılıblar.

Faktlarla bağlı CM-nin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq, təkrar törədildikdə) və 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işləri başlanılıb.

Son xəbərlər