Qəbul imtahanının yeni qaydaları - CƏDVƏL » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:39 Pulsuz dərman 80 manata... - TƏBİB Əməkdar artistə cavab verdi  |     21:31 Süni intellekt 18 il övlad sahibi ola bilməyən qadının hamilə qalmasına kömək etdi  |     21:25 Sabiq rəis elektron qolbaqda gəzəcək  |     21:16 "Reo-Med Tibb Mərkəzi"də yoxlama - Pozuntular aşkarlandı  |     21:11 Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı  |     21:04 Tramp yeni gömrük rüsumları ilə bağlı məktubları ölkələrə nə vaxt göndərəcək?  |     20:59 Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? (VİDEO)  |     20:51 Okeanlarda milyon illər əvvəl baş vermiş hadisə təkrarlana bilər?  |     20:45 Andrey Bədəlov pəncərədən yıxılaraq öldü  |     20:37 Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT (VİDEO)  |     20:30 Faktiki hava açıqlandı  |     20:22 İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri başa çatıb  |     20:17 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb  |     20:02 Azərbaycanda temperaturun yüksələcəyi, normadan artıq olacağı gözlənilir  |     19:41 “Yay musiqi konserti”nin ziyarətçiləri xüsusi avtobuslarla daşınacaq  |     19:34 Tehran aeroportu müharibədən sonra ilk xarici uçuşu qəbul edib  |     19:34 "Moody’s" güclü ehtiyatlar və manatın sabitliyi fonunda Azərbaycanın reytinq tavanlarını yüksəldib  |     19:28 Azərbaycanda kirayə mənzil fonduna daha 359 mənzil əlavə olunub  |     19:21 Vəkillər Kollegiyasına üzv olmaq istəyən 421 nəfər üçün imtahan keçiriləcək  |     19:16 “Moody’s" Azərbaycanın kredit reytinqini investisiya səviyyəsinə yüksəldib  |    

Qəbul imtahanının yeni qaydaları - CƏDVƏL

Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyinin birgə hazırladığı və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelinin detalları məlum olub.

DİM-dən verilən məlumata görə, qəbul imtahanlarının modeli aşağıdakı kimidir:

Buraxılış imtahanı (9 illik təhsil bazasında)

I mərhələ (imtahan müddəti - 3 saat)

Fənnin adıMaksimal  balTapşırıqların sayı
Tədris dili 
(Azərbaycan dili, rus dili)
302 mətn (bədii, publisistik) hər mətnə aid 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı ). Cəmi: 20 tapşırıq
Riyaziyyat3010 açıq tapşırıq (həllin yazılması tələb olunan) 
Cəmi:10 tapşırıq
Xarici dillər (ingilis,alman, fransız,rus,ərəb, fars dilləri)301.Dinləmə mətninə dair (publisistik və ya dialoq) 6 tapşırıq (4 qapalı+2 yazı tələb olunan açıq ); 
2.Oxuyub-anlama mətninə dair 9 tapşırıq (5 qapalı+4 yazı tələb olunan açıq ).
Cəmi:15 tapşırıq

II mərhələ (imtahan müddəti - 2 saat 15 dəqiqə)
 
Fənnin adıMaksimal  balTapşırıqların sayı
Tədris dili 
(Azərbaycan dili, rus dili)
7030 qapalı
Riyaziyyat7030 qapalı
Xarici dillər (ingilis,alman, fransız,rus,ərəb, fars dilləri)7030 qapalı








İmtahan 1 mərhələdə keçirilir (imtahan müddəti - 3 saat)

Buraxılış imtahanı (11 illik təhsil bazasında)

 Fənnin adıMaksimal  bal   
 
Tapşırıqların sayı
1.Tədris dili 
(Azərbaycan dili, rus dili)
100Oxuyub anlamaya dair 2 mətn (bədii, publisistik), hər mətnə aid 10 tapşırıq ( 5 yazı tələb olunan açıq + 5 qapalı ) və dil qaydalarına dair 10 qapalı tapşırıq.
Cəmi: 30 tapşırıq
2.Riyaziyyat1007 həllin yazılması tələb olunan açıq tapşırıq+5 açıq tapşırıq+13 qapalı tapşırıq.
Cəmi: 25 tapşırıq
3.Xarici dillər (ingilis,alman, fransız,rus,ərəb, fars dilləri)1001.Dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq);
2.Oxuyub-anlama mətninə dair 8 tapşırıq (4 qapalı+4 yazı tələb olunan açıq) ;
3.Dil qaydalarına dair 16 qapalı tapşırıq.
Cəmi:30 tapşırıq

















İmtahan 1 mərhələdə keçirilir (imtahan müddəti - 3 saat)

Buraxılış imtahanı (11 illik təhsil bazasında)

Maksimal bal: 300 

Qəbul imtahanı (imtahan müddəti 3 saat)

I qrupII qrupIII qrupIV qrup
Riyaziyyat - 30 tapşırıq 
(22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya). 
Nisbi əmsal: 1,5
Riyaziyyat - 30 tapşırıq 
(22-qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya). 
Nisbi əmsal: 1,5
Azərbaycan (rus) dili - 30 tapşırıq (22-qapalı+5 açıq + yazılması tələb olunan 3 tapşırıqlı mətn). 
Nisbi əmsal: 1,5
Biologiya - 30 tapşırıq 
(22 qapalı +5  açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya). 
Nisbi əmsal: 1,5
Fizika 30 tapşırıq 
(22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya)
Nisbi əmsal: 1,5
Coğrafiya - 30 tapşırıq 
(22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya)
Nisbi əmsal: 1,5
Tarix-30 tapşırıq (22-qapalı+5 açıq + yazılması tələb olunan 3 tapşırıqlı mənbə)
Nisbi əmsal: 1,5
Kimya - 30 tapşırıq 
(22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya)  
Nisbi əmsal: 1,5
Kimya-30 tapşırıq (22-qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya)  
Nisbi əmsal: 1
Tarix - 30 tapşırıq 
(22-qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı mənbə). 
Nisbi əmsal: 1
Ədəbiyyat-30 tapşırıq 
(22 qapalı+5 açıq + yazılması tələb olunan 3 tapşırıqlı mətn)
Nisbi əmsal: 1
Fizika -30 tapşırıq 
(22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya)  
Nisbi əmsal: 1

Qeyd edək ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. 

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı, buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.

Bundan əlavə, tədris Azərbaycan dili istisna olmaqla, digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın müddəti 45 dəqiqədir.

Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 696 09.10.18 12:56